quranm◉

Səhifə 251

Range
from 13:14 to 13:18
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

13:14

لَهُۥ دَعۡوَةُ ٱلۡحَقِّۚ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَجِيبُونَ لَهُم بِشَيۡءٍ إِلَّا كَبَٰسِطِ كَفَّيۡهِ إِلَى ٱلۡمَآءِ لِيَبۡلُغَ فَاهُ وَمَا هُوَ بِبَٰلِغِهِۦۚ وَمَا دُعَآءُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ﴿14﴾

Haqq çağırış yalnız Ona­dır. Müş­riklərin Ondan başqa çağır­dıqları isə, on­lara heç bir şeylə cavab vermirlər. Onlar ağ­zına su çat­sın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Hal­buki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan de­yil­. Doğ­ru­su, kafirlərin duası az­ğın­lıq­dan başqa bir şey de­yil­.

13:15

وَلِلَّهِۤ يَسۡجُدُۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ طَوۡعٗا وَكَرۡهٗا وَظِلَٰلُهُم بِٱلۡغُدُوِّ وَٱلۡأٓصَالِ۩ ﴿15﴾

Göylərdə və yerdə olan məx­luq­lar da, onların kölgə­lə­ri də sə­hər-axşam istər-istə­məz Allaha səcdə edir.

13:16

قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ قُلِ ٱللَّهُۚ قُلۡ أَفَٱتَّخَذۡتُم مِّن دُونِهِۦٓ أَوۡلِيَآءَ لَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ نَفۡعٗا وَلَا ضَرّٗاۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ أَمۡ هَلۡ تَسۡتَوِي ٱلظُّلُمَٰتُ وَٱلنُّورُۗ أَمۡ جَعَلُواْ لِلَّهِ شُرَكَآءَ خَلَقُواْ كَخَلۡقِهِۦ فَتَشَٰبَهَ ٱلۡخَلۡقُ عَلَيۡهِمۡۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖ وَهُوَ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّـٰرُ ﴿16﴾

De: “Göylərin və yerin Rəbbi kim­dir?” De: “Allah­dır!” De: “Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz?” De: “Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: “Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir”.

13:17

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَالَتۡ أَوۡدِيَةُۢ بِقَدَرِهَا فَٱحۡتَمَلَ ٱلسَّيۡلُ زَبَدٗا رَّابِيٗاۖ وَمِمَّا يُوقِدُونَ عَلَيۡهِ فِي ٱلنَّارِ ٱبۡتِغَآءَ حِلۡيَةٍ أَوۡ مَتَٰعٖ زَبَدٞ مِّثۡلُهُۥۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ ٱلۡحَقَّ وَٱلۡبَٰطِلَۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذۡهَبُ جُفَآءٗۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمۡكُثُ فِي ٱلۡأَرۡضِۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ ﴿17﴾

O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axır. Sel də üzə çıxmış kö­püyü gö­tü­rüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar dü­zəltmək üçün in­san­ların odda qızdırıb əritdik­ləri şeylə­rin üs­tündə də buna bən­zər kö­pük olur. Allah haqqa və ba­ti­lə belə mi­sal­lar çəkir. Köpük yox olub gedir, insan­lara fayda ve­rən şeylər isə yerində qa­lır. Bu­dur Allahın çəkdiyi misallar!

13:18

لِلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمُ ٱلۡحُسۡنَىٰۚ وَٱلَّذِينَ لَمۡ يَسۡتَجِيبُواْ لَهُۥ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦٓۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ سُوٓءُ ٱلۡحِسَابِ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ ﴿18﴾

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cən­nət hazır­lan­mışdır. Onun də­vətini qəbul etmə­yən­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. On­larla dəh­şətli bir haqq-hesab çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Ora nə pis yataqdır!