quranm◉

Səhifə 262

Range
from 15:1 to 15:15
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

15:1

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ ﴿1﴾

Əlif. Ləm. Ra. Bunlar Ki­ta­bın və açıq-aydın Quranın ayə­lə­ri­dir.

15:2

رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ ﴿2﴾

Kafirlər mütləq müsəl­man olma­la­rını arzulayacaq­lar.

15:3

ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿3﴾

Qoy onlar bir müddət ye­yib-içsin­lər, əylənsinlər və xam xə­yal­lar onların başlarını qat­sın. Tez­liklə biləcəklər.

15:4

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ ﴿4﴾

Məhv etdiyimiz hər bir di­yarın mə­lum bir yazısı var idi (hə­lak ola­caq­la­rı vaxt əv­vəl­cə­dən müəyyən edil­miş­di).

15:5

مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ﴿5﴾

Heç bir ümmət öz əcəlini nə qa­baq­laya bilər, nə də yu­bada bi­lər.

15:6

وَقَالُواْ يَـٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ ﴿6﴾

Kafirlər dedilər: “Ey özü­nə Zikr na­zil edilən kəs! Doğru­dan da, sən də­li­sən.

15:7

لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿7﴾

Əgər doğru danışanlar­dan­­sansa, nə­­yə görə dediyinə şa­hid­lik edə bilən mə­lək­ləri bizə gə­tir­mirsən?”

15:8

مَا نُنَزِّلُ ٱلۡمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ ﴿8﴾

Biz mələkləri ancaq haq­qı bərqərar etmək üçün endiri­rik. O za­man kafirlərə möhlət ve­ril­məz.

15:9

إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴿9﴾

Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq.

15:10

وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ ﴿10﴾

Biz səndən öncə də əv­vəlki mil­lət­lərə elçilər göndər­mişdik.

15:11

وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿11﴾

Onlara elə bir elçi gəl­məzdi ki, ona istehza etmə­sin­lər.

15:12

كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ﴿12﴾

Beləcə, Biz küfrü gü­nah­karların qəl­binə yeridirik.

15:13

لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ ﴿13﴾

Onlar hələ də Qu­rana inan­mır­lar. Halbuki əv­vəlkilərin ba­şı­na gə­lənlər on­lara bəllidir.

15:14

وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ ﴿14﴾

Əgər onlara göydən bir qapı aç­saydıq və onlar dayan­ma­dan oraya qalx­saydılar,

15:15

لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ ﴿15﴾

yenə də inanmayıb: “Göz­lərimiz du­manlanmış, daha doğ­­ru­su biz sehr­lən­mi­şik”– deyər­dilər.