quranm◉

Səhifə 263

Range
from 15:16 to 15:31
Surahs covered
Tərcümə
16 Tərcümə

◉

15:16

وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ ﴿16﴾

Biz səmada bürclər ya­rat­dıq və onu baxanlar üçün bəzədik.

15:17

وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ ﴿17﴾

Onları qo­vulmuş hər bir şeytan­dan qoruduq.

15:18

إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ ﴿18﴾

Ancaq şeytanlardan kim göy əh­li­nin danışıqlarına xəl­vət­cə qu­laq assa, onu yandırıb ya­xan alov təqib edər.

15:19

وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ ﴿19﴾

Biz yeri döşədik, orada möh­kəm dağlar yerləşdirdik və ora­da hər şey­dən lazım oldu­ğu qədər yetişdirdik.

15:20

وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ ﴿20﴾

Orada həm sizin üçün, həm də si­zin ruzi vermədik­lə­riniz üçün do­la­nı­şıq vasitələri yaratdıq.

15:21

وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ ﴿21﴾

Elə bir şey yoxdur ki, onun xə­zi­nələri Bizdə olmasın. Biz onu ancaq mü­əyyən öl­çü­də endiririk.

15:22

وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ ﴿22﴾

Biz küləkləri dölləndi­ri­ci – bulud­larda su əmələ gəti­rən, bit­ki­lə­ri toz­lan­dıran bir vasitə ki­mi göndərdik, göy­dən yağ­mur yağdı­rıb onu sizə içirt­dik. Belə ol­ma­saydı, siz onu yığıb saxla­ya bil­məz­diniz.

15:23

وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ ﴿23﴾

Şübhəsiz ki, Biz həm di­ril­dir, həm də öldürürük və hər şeyə va­ris olan da Bizik.

15:24

وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ ﴿24﴾

Həqiqətən, sizdən əvvəl gəlib-ge­dənləri də bilirik, son­ra kim­lərin gələ­cə­yini də bili­rik.

15:25

وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ ﴿25﴾

Həqiqətən, Rəbbin onla­rı bir yerə toplayacaq. Çünki O, hikmət sahibidir, hər şeyi bilən­dir.

15:26

وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ﴿26﴾

Biz insanı başqa şəklə düş­müş qara palçıqdan, toxun­duq­da sax­sı kimi səs çıxaran quru gildən yaratdıq.

15:27

وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ ﴿27﴾

Cinləri isə daha öncə qız­mar alovdan yaratmışdıq.

15:28

وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ ﴿28﴾

Bir zaman Rəbbin mə­lək­lərə de­di: “Mən başqa şəklə düş­müş qara pal­çıqdan, toxun­duqda saxsı kimi səs çıxa­ran qu­ru gildən in­san yarada­cağam!

15:29

فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ﴿29﴾

Mən ona biçim verib Öz ruhum­dan üfürdüyüm zaman siz ona səcdə edin!”

15:30

فَسَجَدَ ٱلۡمَلَـٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ ﴿30﴾

Mələklərin hamısı ona səcdə etdi­lər.

15:31

إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ ﴿31﴾

Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında ol­maq­dan imtina etdi.