quranm◉

Səhifə 266

Range
from 15:71 to 15:90
Surahs covered
Tərcümə
20 Tərcümə

◉

15:71

قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴿71﴾

O dedi: “Bunlar mənim qızlarım­dır! Əgər istəyir­siniz­sə, on­larla evlənin!”

15:72

لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ ﴿72﴾

Ey Muhəmməd! Sənin ca­nına and olsun ki, onlar sər­xoş­luq­la­rı içində veyl-veyl gəzir­dilər.

15:73

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ ﴿73﴾

Günəş doğanda qor­xunc səs on­la­rı yaxaladı.

15:74

فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ ﴿74﴾

Oranın altını üstünə çe­vir­dik və onların üzərinə odda biş­miş gil­ daşlar yağdırdıq.

15:75

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ ﴿75﴾

Şübhəsiz ki, bunda başa düşən­lər üçün dəlillər vardır.

15:76

وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ ﴿76﴾

Həqiqətən, onlar Məkkə­dən Şama gedən yolun üstündə yaşa­yır­dılar.

15:77

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ﴿77﴾

Şübhəsiz ki, bunda mö­minlər üçün dəlillər vardır.

15:78

وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ ﴿78﴾

Əykə əhli də zalım idi.

15:79

فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ ﴿79﴾

Onlardan da intiqam al­dıq. Hər iki kənd aydın görü­nən yol üzərində yerləşirdi.

15:80

وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ ﴿80﴾

Hicr əhli də elçiləri ya­lançı saydı.

15:81

وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ﴿81﴾

Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər.

15:82

وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ ﴿82﴾

Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar.

15:83

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ ﴿83﴾

Onları sübh çağı qor­xunc səs ya­xaladı.

15:84

فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ﴿84﴾

Qazandıqları dünya malı isə on­la­ra heç bir fayda ver­mə­di.

15:85

وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ ﴿85﴾

Biz göyləri, yeri və on­la­rın ara­sında olanları yalnız haqq ola­raq yarat­dıq. O Saat mütləq gələ­cəkdir. Odur ki, Sən onları gö­zəl tərzdə bağışla.

15:86

إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّـٰقُ ٱلۡعَلِيمُ ﴿86﴾

Həqiqətən, Rəbbin Yara­dan­dır, Bi­ləndir.

15:87

وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ ﴿87﴾

Biz sənə təkrarlanan yed­di ayə­ni və əzəmətli Quranı verdik.

15:88

لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ ﴿88﴾

Onların bəzi təbəqələ­ri­nə verdi­yimiz fani dünya ma­lı­na gö­zü­nü dik­mə, onlara görə kədər­lənmə, mömin­lər­lə yum­şaq davran

15:89

وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ ﴿89﴾

və de: “Şübhəsiz ki, mən açıq-aş­kar bir xəbərdar edə­nəm!”

15:90

كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ ﴿90﴾

Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.