quranm◉

Səhifə 265

Range
from 15:52 to 15:70
Surahs covered
Tərcümə
19 Tərcümə

◉

15:52

إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ ﴿52﴾

O zaman onlar İbrahi­min yanına daxil olub: “Salam!”– de­di­­lər. İbrahim: “Biz sizdən eh­tiyat edirik!”– dedi.

15:53

قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ ﴿53﴾

Mələklər: “Qorxma! Hə­qi­­qətən, biz səni bilikli bir oğulla müj­dələyirik!”– dedilər.

15:54

قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ﴿54﴾

İbrahim dedi: “Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?”

15:55

قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ ﴿55﴾

Onlar dedilər: “Biz sənə həqi­qət­lə müjdə veririk. Sən ümi­di­ni üzən­lər­dən olma!”

15:56

قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ﴿56﴾

İbrahim dedi: “Doğru yol­­­dan azan­lardan başqa Rəb­bi­nin mər­həmətindən kim ümi­dini üzər?”

15:57

قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ﴿57﴾

İbrahim dedi: “Ey elçi­lər! Vəzi­fə­niz nədir?”

15:58

قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ﴿58﴾

Onlar dedilər: “Biz gü­nah­kar adamları məhv etməyə gön­də­ril­mişik;

15:59

إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ ﴿59﴾

yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xi­las edə­cəyik.

15:60

إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ ﴿60﴾

Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına qə­rar verdik”.

15:61

فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ ﴿61﴾

Elçilər Lut əhlinin ya­nı­na gəl­dik­də

15:62

قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ ﴿62﴾

o dedi: “Siz yad adam­lar­sınız!”

15:63

قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ ﴿63﴾

Onlar dedilər: “Xeyr, biz sənin ya­nına onların şübhə et­diyi əzab ilə gəl­mi­şik.

15:64

وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ ﴿64﴾

Biz sənin yanına doğru xə­bərlə gəl­mişik. Həqiqətən də, biz doğru danı­şanlarıq.

15:65

فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ ﴿65﴾

Gecənin bir vaxtı ailəni yola çı­xart və özün də onların ar­xa­sın­ca get. Sizdən heç kəs çevri­lib arxaya bax­ma­sın. Sizə əmr olu­nan yerə yollanın”.

15:66

وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ ﴿66﴾

Biz ona vəhy etdik ki, sübh çağı on­ların kökü kəsi­lə­cək.

15:67

وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ ﴿67﴾

Şəhər əhalisi bir-birini muş­tu­luq­layaraq onun yanına gəl­di­lər.

15:68

قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ ﴿68﴾

Lut dedi: “Bunlar mə­nim qo­naq­la­rımdır. Məni bia­bır et­mə­yin!

15:69

وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ ﴿69﴾

Allahdan qorxun və mə­ni hör­mət­dən salmayın!”

15:70

قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ ﴿70﴾

Onlar dedilər: “Məgər biz sənə bu­ra gələn adamları qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şik?”