quranm◉

Səhifə 284

Range
from 17:18 to 17:27
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

17:18

مَّن كَانَ يُرِيدُ ٱلۡعَاجِلَةَ عَجَّلۡنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلۡنَا لَهُۥ جَهَنَّمَ يَصۡلَىٰهَا مَذۡمُومٗا مَّدۡحُورٗا ﴿18﴾

Kim gəldi-gedər dün­ya­nı istəsə, orada ona – di­lə­di­yi­miz kim­səyə is­tə­di­yi­miz şeylə­ri dər­hal verərik. Sonra isə onu qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda girəcəyi Cə­hənnəmə ata­rıq.

17:19

وَمَنۡ أَرَادَ ٱلۡأٓخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡيَهَا وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ كَانَ سَعۡيُهُم مَّشۡكُورٗا ﴿19﴾

Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar.

17:20

كُلّٗا نُّمِدُّ هَـٰٓؤُلَآءِ وَهَـٰٓؤُلَآءِ مِنۡ عَطَآءِ رَبِّكَۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحۡظُورًا ﴿20﴾

Biz hamıya – onlara da, bun­lara da Rəbbinin nemətin­dən ve­ri­rik. Rəbbi­nin neməti heç kəsə qadağan deyil.

17:21

ٱنظُرۡ كَيۡفَ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۚ وَلَلۡأٓخِرَةُ أَكۡبَرُ دَرَجَٰتٖ وَأَكۡبَرُ تَفۡضِيلٗا ﴿21﴾

Bax gör dünyada onla­rın birini di­gərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üs­tün­lüklər var­.

17:22

لَّا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقۡعُدَ مَذۡمُومٗا مَّخۡذُولٗا ﴿22﴾

Allahla yanaşı başqa mə­buda iba­dət etmə, yoxsa qınanmış və başlı-başına buraxılmış vəziyyətdə qalarsan.

17:23

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا ﴿23﴾

Rəbbin yalnız Ona iba­dət etməyi və ata-ana ilə yaxşı dav­ran­­mağı buyur­muşdur. Əgər onların biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına do­larsa, onlara: "Uf!" belə demə, üstlərinə qış­qır­ma və onlara xoş söz söylə!

17:24

وَٱخۡفِضۡ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحۡمَةِ وَقُل رَّبِّ ٱرۡحَمۡهُمَا كَمَا رَبَّيَانِي صَغِيرٗا ﴿24﴾

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının al­tı­na al və: “Ey Rəbbim! On­lar məni körpəliyimdən tər­bi­yə edib bö­yütdük­ləri kimi, Sən də onlara rəhm et!”– de.

17:25

رَّبُّكُمۡ أَعۡلَمُ بِمَا فِي نُفُوسِكُمۡۚ إِن تَكُونُواْ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلۡأَوَّـٰبِينَ غَفُورٗا ﴿25﴾

Rəbbiniz ürəklərinizdə olan­ları çox yaxşı bilir. Əgər əmə­li­sa­leh olsanız, bilin ki, hə­qiqətən də, O, tövbə edənləri Ba­ğış­la­yan­dır.

17:26

وَءَاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرۡ تَبۡذِيرًا ﴿26﴾

Qohum-əqrəbaya da, yox­sula da, mü­safirə də haqqını ver. La­kin malını lazım olma­yan yerə sərf etmə.

17:27

إِنَّ ٱلۡمُبَذِّرِينَ كَانُوٓاْ إِخۡوَٰنَ ٱلشَّيَٰطِينِۖ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِرَبِّهِۦ كَفُورٗا ﴿27﴾

Həqiqətən, israfçılar şey­tan­ların qardaşlarıdır. Şeytan isə Rəb­binə qarşı nankordur.