quranm◉

Səhifə 285

Range
from 17:28 to 17:38
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

17:28

وَإِمَّا تُعۡرِضَنَّ عَنۡهُمُ ٱبۡتِغَآءَ رَحۡمَةٖ مِّن رَّبِّكَ تَرۡجُوهَا فَقُل لَّهُمۡ قَوۡلٗا مَّيۡسُورٗا ﴿28﴾

Əgər sən Rəbbindən di­lə­diyin mər­həməti umaraq on­ların üzü­nə bax­mırsansa (imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə), onda on­lara xoş söz de.

17:29

وَلَا تَجۡعَلۡ يَدَكَ مَغۡلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبۡسُطۡهَا كُلَّ ٱلۡبَسۡطِ فَتَقۡعُدَ مَلُومٗا مَّحۡسُورًا ﴿29﴾

Əlini nə qoynunda giz­lət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də is­rafçı). Yoxsa qı­nanmış və peşman və­ziy­yətdə qalarsan.

17:30

إِنَّ رَبَّكَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ﴿30﴾

Həqiqətən, Rəbbin istə­di­yi­nin ru­zisini bol edər, istə­di­yinin­ki­ni də azal­dar. Şübhə­siz ki, O, Öz qullarını tanıyır və görür.

17:31

وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُمۡ خَشۡيَةَ إِمۡلَٰقٖۖ نَّحۡنُ نَرۡزُقُهُمۡ وَإِيَّاكُمۡۚ إِنَّ قَتۡلَهُمۡ كَانَ خِطۡـٔٗا كَبِيرٗا ﴿31﴾

Yox­sulluq qorxusundan uşaq­la­rınızı öldürməyin. Axı on­la­rın da, sizin də ruzinizi Biz veri­rik. Onları öldür­mək, hə­qi­qətən də, böyük günahdır.

17:32

وَلَا تَقۡرَبُواْ ٱلزِّنَىٰٓۖ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَسَآءَ سَبِيلٗا ﴿32﴾

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yol­dur!

17:33

وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۗ وَمَن قُتِلَ مَظۡلُومٗا فَقَدۡ جَعَلۡنَا لِوَلِيِّهِۦ سُلۡطَٰنٗا فَلَا يُسۡرِف فِّي ٱلۡقَتۡلِۖ إِنَّهُۥ كَانَ مَنصُورٗا ﴿33﴾

Allahın, öldürülməsini ha­ram bu­yur­duğu şəxsi haqsız yerə öl­dürməyin. Kim haqsız yerə öldü­rülmüşsə, artıq onun varisinə ix­ti­yar vermişik (is­tə­sə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qan­bahası alar). Lakin o da qisas al­dıqda həddi aşmamalıdır. Çün­ki ona artıq kömək olunmuşdur.

17:34

وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ بِٱلۡعَهۡدِۖ إِنَّ ٱلۡعَهۡدَ كَانَ مَسۡـُٔولٗا ﴿34﴾

Yetim həddi-büluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd ba­rə­sində sor­ğu-sual oluna­caq­.

17:35

وَأَوۡفُواْ ٱلۡكَيۡلَ إِذَا كِلۡتُمۡ وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلٗا ﴿35﴾

Ölçdükdə ölçüyə tam ria­yət edin, çəkdikdə düzgün tə­rə­zi ilə çə­kin. Bu, da­ha xeyirli və nəticə baxımından daha yax­şı­dır.

17:36

وَلَا تَقۡفُ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۚ إِنَّ ٱلسَّمۡعَ وَٱلۡبَصَرَ وَٱلۡفُؤَادَ كُلُّ أُوْلَـٰٓئِكَ كَانَ عَنۡهُ مَسۡـُٔولٗا ﴿36﴾

Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların ha­mısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­.

17:37

وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّكَ لَن تَخۡرِقَ ٱلۡأَرۡضَ وَلَن تَبۡلُغَ ٱلۡجِبَالَ طُولٗا ﴿37﴾

Yer üzündə təkəbbürlə gəz­mə. Çün­ki sən nə yeri yara bilər, nə də yük­sələrək dağlara çata bilərsən.

17:38

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكۡرُوهٗا ﴿38﴾

Bütün bu qadağan edil­miş pis əməl­lər, Rəbbinin xo­şuna gəl­məyən şey­lərdir.