quranm◉

Səhifə 291

Range
from 17:87 to 17:96
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

17:87

إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّ فَضۡلَهُۥ كَانَ عَلَيۡكَ كَبِيرٗا ﴿87﴾

Ancaq Rəbbinin mərhə­mə­ti sayə­sində bunu etmədik. Doğru­dan da Onun sənə olan lütfü bö­yükdür.

17:88

قُل لَّئِنِ ٱجۡتَمَعَتِ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَىٰٓ أَن يَأۡتُواْ بِمِثۡلِ هَٰذَا ٱلۡقُرۡءَانِ لَا يَأۡتُونَ بِمِثۡلِهِۦ وَلَوۡ كَانَ بَعۡضُهُمۡ لِبَعۡضٖ ظَهِيرٗا ﴿88﴾

De: “Əgər insanlar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kömək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər”.

17:89

وَلَقَدۡ صَرَّفۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ﴿89﴾

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah et­dik. La­kin insanların ço­xu yal­nız küfrü seçdi.

17:90

وَقَالُواْ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ تَفۡجُرَ لَنَا مِنَ ٱلۡأَرۡضِ يَنۢبُوعًا ﴿90﴾

Onlar dedilər: “Bizə yer­dən bir bu­laq çıxarmayınca sə­nə iman gətir­məyə­cəyik;

17:91

أَوۡ تَكُونَ لَكَ جَنَّةٞ مِّن نَّخِيلٖ وَعِنَبٖ فَتُفَجِّرَ ٱلۡأَنۡهَٰرَ خِلَٰلَهَا تَفۡجِيرًا ﴿91﴾

və ya ortasından şırıl-şı­rıl çaylar axıdacağın xurma və üzüm ba­ğın ol­mayınca;

17:92

أَوۡ تُسۡقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمۡتَ عَلَيۡنَا كِسَفًا أَوۡ تَأۡتِيَ بِٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ قَبِيلًا ﴿92﴾

yaxud, iddia etdiyin ki­mi, göyü par­ça-parça üstü­mü­zə yağ­dır­ma­yınca; və ya Allahı və mə­ləkləri qarşımıza gətir­məyincə;

17:93

أَوۡ يَكُونَ لَكَ بَيۡتٞ مِّن زُخۡرُفٍ أَوۡ تَرۡقَىٰ فِي ٱلسَّمَآءِ وَلَن نُّؤۡمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيۡنَا كِتَٰبٗا نَّقۡرَؤُهُۥۗ قُلۡ سُبۡحَانَ رَبِّي هَلۡ كُنتُ إِلَّا بَشَرٗا رَّسُولٗا ﴿93﴾

yaxud qızıldan bir evin ol­ma­yın­ca; və ya göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir ki­tab en­dir­mə­sən, göyə qalx­ma­ğına da inanmaya­ca­ğıq”. De: “Rəbbim pak və mü­qəd­dəsdir! Mən isə yalnız elçi gön­dəril­miş bir insanam”.

17:94

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا ﴿94﴾

İnsanlara doğru yol gös­təricisi gəl­diyi zaman on­la­rın iman gə­tirməsinə ancaq: “Allah bir insanımı el­çi göndər­di?”– demələ­ri ma­ne oldu.

17:95

قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَـٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا ﴿95﴾

De: “Əgər yer üzündə arxa­yın gə­zib dolaşanlar mə­ləklər ol­saydı, əlbəttə, onlara göy­dən bir mələk elçi göndə­rər­dik”.

17:96

قُلۡ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ﴿96﴾

De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. Hə­qiqə­tən, O, qulların­dan Xəbər­dardır, nə etdik­ləri­ni Gö­rəndir”.