quranm◉

Səhifə 292

Range
from 17:97 to 17:104
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

17:97

وَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا ﴿97﴾

Allah kimi doğru yola yö­nəl­dir­sə, o, doğru yoldadır. Kimi az­dı­rırsa, on­lara Ondan başqa dost­lar tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə top­laya­ca­ğıq. On­ların gedəcəkləri yer Cə­hən­nəmdir. Onun alovu azal­dıqca onlar üçün alovu artıra­cağıq.

17:98

ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمۡ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدًا ﴿98﴾

Bu, ayələrimizi inkar et­diklərinə və: “Məgər biz sür-sü­­mük və ovuntu ol­du­ğumuz hal­da yeni bir məxluq olaraq di­rildilə­cə­yik?”– dediklərinə gö­rə onla­rın cəzasıdır.

17:99

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۡ وَجَعَلَ لَهُمۡ أَجَلٗا لَّا رَيۡبَ فِيهِ فَأَبَى ٱلظَّـٰلِمُونَ إِلَّا كُفُورٗا ﴿99﴾

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah on­lar kimisini də yarat­mağa qadirdir? Allah onlar üçün elə bir əcəl mü­əyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yox­dur. Zalımlar isə küfrdən baş­qa bir şey qəbul etmədilər.

17:100

قُل لَّوۡ أَنتُمۡ تَمۡلِكُونَ خَزَآئِنَ رَحۡمَةِ رَبِّيٓ إِذٗا لَّأَمۡسَكۡتُمۡ خَشۡيَةَ ٱلۡإِنفَاقِۚ وَكَانَ ٱلۡإِنسَٰنُ قَتُورٗا ﴿100﴾

De: “Əgər siz Rəbbi­min rəhmət xəzinələrinə sahib ol­say­dı­nız belə, yenə də onun xərc­lənib tükənməsindən qor­xa­raq xə­sislik edərdiniz. Çünki insan xə­sis­dir”.

17:101

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ تِسۡعَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ فَسۡـَٔلۡ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِذۡ جَآءَهُمۡ فَقَالَ لَهُۥ فِرۡعَوۡنُ إِنِّي لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسۡحُورٗا ﴿101﴾

Biz Musaya doqquz aş­kar möcü­zə verdik. İsrail oğul­ların­dan soruş; Musa onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sə­nin ovsun­lan­dığını zənn edirəm”– demişdi.

17:102

قَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَـٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا ﴿102﴾

Musa dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göy­lərin və yerin Rəb­bi, açıq-aş­kar mö­cüzə olaraq endirdi. Mən isə, ey Fi­ron, sənin məhv olacağını yəqin bilirəm”.

17:103

فَأَرَادَ أَن يَسۡتَفِزَّهُم مِّنَ ٱلۡأَرۡضِ فَأَغۡرَقۡنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعٗا ﴿103﴾

Firon onları bu yerdən qovub çı­xartmaq istədi. Biz isə onu və onunla bir­­likdə olanla­rın hamısını dənizdə ba­tırdıq.

17:104

وَقُلۡنَا مِنۢ بَعۡدِهِۦ لِبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱسۡكُنُواْ ٱلۡأَرۡضَ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ جِئۡنَا بِكُمۡ لَفِيفٗا ﴿104﴾

Bundan sonra İsrail oğul­larına: “Bu yerdə yaşayın! Axi­rət vədi gəlib yetişdiyi za­man sizin hamınızı məhşərə gə­tirə­cəyik”– de­dik.