quranm◉

Səhifə 294

Range
from 18:5 to 18:15
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

18:5

مَّا لَهُم بِهِۦ مِنۡ عِلۡمٖ وَلَا لِأٓبَآئِهِمۡۚ كَبُرَتۡ كَلِمَةٗ تَخۡرُجُ مِنۡ أَفۡوَٰهِهِمۡۚ إِن يَقُولُونَ إِلَّا كَذِبٗا ﴿5﴾

Bu haqda nə onların, nə də ata­la­rının heç bir biliyi yox­dur. Ağız­larından çıxan söz necə də ağırdır. Onlar yalan­dan başqa bir şey danışmırlar.

18:6

فَلَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ إِن لَّمۡ يُؤۡمِنُواْ بِهَٰذَا ٱلۡحَدِيثِ أَسَفًا ﴿6﴾

Onlar bu Kitaba inan­mır­lar deyə, arxalarınca kədərlə­nib özü­nü həlakmı edə­cəksən?

18:7

إِنَّا جَعَلۡنَا مَا عَلَى ٱلۡأَرۡضِ زِينَةٗ لَّهَا لِنَبۡلُوَهُمۡ أَيُّهُمۡ أَحۡسَنُ عَمَلٗا ﴿7﴾

Biz yer üzündə olan bü­tün şeyləri ona bəzək et­dik ki, in­san­lar­dan hansı­nın əməlcə da­ha gözəl oldu­ğunu sınaq­dan keçirək.

18:8

وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيۡهَا صَعِيدٗا جُرُزًا ﴿8﴾

Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qup­qu­ru bir torpağa döndə­rə­rik.

18:9

أَمۡ حَسِبۡتَ أَنَّ أَصۡحَٰبَ ٱلۡكَهۡفِ وَٱلرَّقِيمِ كَانُواْ مِنۡ ءَايَٰتِنَا عَجَبًا ﴿9﴾

Yoxsa sən mağara və Rə­qim əhli­nin möcüzələrimiz­dən ən qə­ri­bəsi ol­du­ğunumu gü­man edirsən?

18:10

إِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا ﴿10﴾

Bir zaman gənclər ma­ğa­raya sığı­nıb: “Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– de­miş­dilər.

18:11

فَضَرَبۡنَا عَلَىٰٓ ءَاذَانِهِمۡ فِي ٱلۡكَهۡفِ سِنِينَ عَدَدٗا ﴿11﴾

Biz mağarada onların qu­laq­la­rını illərlə qapalı saxla­dıq (on­ları yu­xu­ya verdik).

18:12

ثُمَّ بَعَثۡنَٰهُمۡ لِنَعۡلَمَ أَيُّ ٱلۡحِزۡبَيۡنِ أَحۡصَىٰ لِمَا لَبِثُوٓاْ أَمَدٗا ﴿12﴾

Sonra iki dəstədən han­sının on­ların mağarada qaldıq­ları müd­də­ti daha düzgün he­sabladıqlarını bilmək üçün on­ları oyat­dıq.

18:13

نَّحۡنُ نَقُصُّ عَلَيۡكَ نَبَأَهُم بِٱلۡحَقِّۚ إِنَّهُمۡ فِتۡيَةٌ ءَامَنُواْ بِرَبِّهِمۡ وَزِدۡنَٰهُمۡ هُدٗى ﴿13﴾

Biz onların əhvalatını sə­nə olmuş bir həqiqət kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş gənc­lər idi. Biz də on­la­rın hi­da­yə­tini artırdıq.

18:14

وَرَبَطۡنَا عَلَىٰ قُلُوبِهِمۡ إِذۡ قَامُواْ فَقَالُواْ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَن نَّدۡعُوَاْ مِن دُونِهِۦٓ إِلَٰهٗاۖ لَّقَدۡ قُلۡنَآ إِذٗا شَطَطًا ﴿14﴾

Onlar kafir hökmdarın qar­şısında durub: “Rəbbimiz göy­lə­rin və ye­rin Rəb­bidir. Biz heç vaxt Ondan başqa mə­buda iba­dət et­mə­yə­cə­yik. Əks halda ol­duqca böyük bir küfr danış­mış ola­rıq!”– de­yər­kən onla­rın qəl­binə qüvvət verdik.

18:15

هَـٰٓؤُلَآءِ قَوۡمُنَا ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ لَّوۡلَا يَأۡتُونَ عَلَيۡهِم بِسُلۡطَٰنِۭ بَيِّنٖۖ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا ﴿15﴾

Cavanlardan biri o biri­lə­rinə dedi: “Bi­zim bu xalqı­mız Allah­dan başqa mə­budlar qə­bul etdi. Bəs nə üçün onlar bu büt­lərə dair bir dəlil gə­tir­mə­di­lər? Allaha qar­şı ya­lan uydu­randan daha zalım kim ola bi­lər?!