quranm◉

Səhifə 295

Range
from 18:16 to 18:20
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

18:16

وَإِذِ ٱعۡتَزَلۡتُمُوهُمۡ وَمَا يَعۡبُدُونَ إِلَّا ٱللَّهَ فَأۡوُۥٓاْ إِلَى ٱلۡكَهۡفِ يَنشُرۡ لَكُمۡ رَبُّكُم مِّن رَّحۡمَتِهِۦ وَيُهَيِّئۡ لَكُم مِّنۡ أَمۡرِكُم مِّرۡفَقٗا ﴿16﴾

Madam ki, siz onları və Allah­dan savayı ibadət etdik­lə­rini tərk etdi­niz, onda mağa­raya sığı­nın ki, Rəbbiniz sizə Öz mərhə­mə­tini geniş etsin və işi­nizdə sizin üçün fayda ha­zır­lasın.

18:17

وَتَرَى ٱلشَّمۡسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهۡفِهِمۡ ذَاتَ ٱلۡيَمِينِ وَإِذَا غَرَبَت تَّقۡرِضُهُمۡ ذَاتَ ٱلشِّمَالِ وَهُمۡ فِي فَجۡوَةٖ مِّنۡهُۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِۗ مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُۥ وَلِيّٗا مُّرۡشِدٗا ﴿17﴾

Orada olsaydın günəşin doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəl­diyi­ni, bat­dığı zaman isə onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini görərdin. Bu, Alla­hın də­lillə­rindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən bir yaxın adam tapa bilməzsən.

18:18

وَتَحۡسَبُهُمۡ أَيۡقَاظٗا وَهُمۡ رُقُودٞۚ وَنُقَلِّبُهُمۡ ذَاتَ ٱلۡيَمِينِ وَذَاتَ ٱلشِّمَالِۖ وَكَلۡبُهُم بَٰسِطٞ ذِرَاعَيۡهِ بِٱلۡوَصِيدِۚ لَوِ ٱطَّلَعۡتَ عَلَيۡهِمۡ لَوَلَّيۡتَ مِنۡهُمۡ فِرَارٗا وَلَمُلِئۡتَ مِنۡهُمۡ رُعۡبٗا ﴿18﴾

Onlar yatmış ikən sən on­ları oyaq hesab edərdin. Biz on­ları sağa-sola çe­virirdik. On­ların iti isə girəcəkdə qabaq pən­cələrini uza­dıb yatmışdı. Əgər sən onları görsəydin, dö­nüb onlardan qa­çar­­­dın və dəh­şət səni bürüyərdi.

18:19

وَكَذَٰلِكَ بَعَثۡنَٰهُمۡ لِيَتَسَآءَلُواْ بَيۡنَهُمۡۚ قَالَ قَآئِلٞ مِّنۡهُمۡ كَمۡ لَبِثۡتُمۡۖ قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۚ قَالُواْ رَبُّكُمۡ أَعۡلَمُ بِمَا لَبِثۡتُمۡ فَٱبۡعَثُوٓاْ أَحَدَكُم بِوَرِقِكُمۡ هَٰذِهِۦٓ إِلَى ٱلۡمَدِينَةِ فَلۡيَنظُرۡ أَيُّهَآ أَزۡكَىٰ طَعَامٗا فَلۡيَأۡتِكُم بِرِزۡقٖ مِّنۡهُ وَلۡيَتَلَطَّفۡ وَلَا يُشۡعِرَنَّ بِكُمۡ أَحَدًا ﴿19﴾

Beləcə onları oyatdıq ki, nə baş ver­diyini bir-birindən so­ru­şub öyrənsin­lər. Onlardan biri: “Burada nə qədər qal­dı­nız?”– dedi. Bə­­zi­ləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedi­lər. Di­gərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir. Bi­ri­nizi bu gümüş pulunuzla şə­hə­rə gön­dərin. Qoy baxsın ən tə­­miz yemək han­sıdırsa, ondan sizə azuqə gə­tirsin. Am­ma eh­ti­yat­lı ol­sun və sizin barənizdə heç kəsi duyuq salmasın!

18:20

إِنَّهُمۡ إِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ يَرۡجُمُوكُمۡ أَوۡ يُعِيدُوكُمۡ فِي مِلَّتِهِمۡ وَلَن تُفۡلِحُوٓاْ إِذًا أَبَدٗا ﴿20﴾

Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz din­lərinə dön­dərərlər. Onda siz heç vaxt nicat tapa bilməz­si­niz!”