quranm◉

Səhifə 293

Range
from 17:105 to 18:4
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

17:105

وَبِٱلۡحَقِّ أَنزَلۡنَٰهُ وَبِٱلۡحَقِّ نَزَلَۗ وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ﴿105﴾

Biz Quranı haqq ola­raq nazil et­dik, o da haqq ola­raq nazil oldu. Səni də ancaq müj­də verən və xəbərdar edən bir elçi kimi gön­dərdik.

17:106

وَقُرۡءَانٗا فَرَقۡنَٰهُ لِتَقۡرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكۡثٖ وَنَزَّلۡنَٰهُ تَنزِيلٗا ﴿106﴾

Quranı insanlara aram­la oxu­ya­san deyə, Biz onu his­sə­lərə ayırıb təd­riclə nazil et­dik.

17:107

قُلۡ ءَامِنُواْ بِهِۦٓ أَوۡ لَا تُؤۡمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مِن قَبۡلِهِۦٓ إِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ يَخِرُّونَۤ لِلۡأَذۡقَانِۤ سُجَّدٗاۤ ﴿107﴾

De: “İstər ona inanın, is­tərsə də inanmayın. Doğru­dan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxundu­ğu za­man üzüstə səc­də­yə qapa­nır

17:108

وَيَقُولُونَ سُبۡحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعۡدُ رَبِّنَا لَمَفۡعُولٗا ﴿108﴾

və: “Rəbbimiz pak və mü­qəd­dəsdir! Rəbbimizin və­di müt­ləq yerinə yetəcəkdir!”– deyirlər.

17:109

وَيَخِرُّونَ لِلۡأَذۡقَانِ يَبۡكُونَ وَيَزِيدُهُمۡ خُشُوعٗا۩ ﴿109﴾

Onlar üzüqoylu düşüb ağ­layır və bu ayələr onların ita­ətini ar­tırır.

17:110

قُلِ ٱدۡعُواْ ٱللَّهَ أَوِ ٱدۡعُواْ ٱلرَّحۡمَٰنَۖ أَيّٗا مَّا تَدۡعُواْ فَلَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ وَلَا تَجۡهَرۡ بِصَلَاتِكَ وَلَا تُخَافِتۡ بِهَا وَٱبۡتَغِ بَيۡنَ ذَٰلِكَ سَبِيلٗا ﴿110﴾

De: “İstər Allah deyib ça­ğırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə ça­ğırsanız da, hər halda ən gözəl adlar Ona məx­sus­dur”. Na­mazını nə uca səs­lə, nə də pıçıltı ilə qıl. Bunların ara­sında or­ta bir yol tut.

17:111

وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَلَمۡ يَكُن لَّهُۥ وَلِيّٞ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرۡهُ تَكۡبِيرَۢا ﴿111﴾

De: “Özünə heç bir öv­lad gö­tür­məyən, mülkündə heç bir şə­ri­ki ol­ma­yan, aciz qalma­maq­dan ötrü Özünə kö­mək edə­cək heç bir dos­ta möhtac olma­yan Allaha həmd olsun!” Onu tərif­lə­yərək uca tut.

18:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ ﴿1﴾

Kitabı Öz quluna nazil edən və on­da heç bir nöqsana yol ver­məyən Allaha həmd ol­sun!

18:2

قَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا ﴿2﴾

Allah, Öz tərəfindən gə­lə­cək şid­dətli bir əzabla günah­karları qor­xut­maq, yaxşı işlər görən mö­min­ləri gözəl mü­ka­fata nail ola­caq­ları ilə müjdə­ləmək üçün bu Kitabı dop­doğ­ru şəkildə nazil et­di.

18:3

مَّـٰكِثِينَ فِيهِ أَبَدٗا ﴿3﴾

Möminlər orada əbədi qa­la­caq­lar.

18:4

وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗا ﴿4﴾

Kitabı həm də: “Allah Özü­nə övlad götürmüşdür!”– de­yən­ləri qorxutmaq üçün na­zil etdi.