quranm◉

Səhifə 296

Range
from 18:21 to 18:27
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

18:21

وَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا ﴿21﴾

Beləcə, insanları onla­rın halından xəbərdar etdik ki, Alla­hın və­dinin həqi­qət oldu­ğunu və o Saatın (Qiyamət gününün) gə­lə­cə­yi­nə şübhə olma­dı­ğı­nı bil­sinlər. O zaman mömin­lər və kafirlər öz ara­larında onla­rın işi ba­rə­sin­də mübahisə edir­dilər. Bə­ziləri: “On­ların üstündə bir bi­na ti­­kin. Rəbbi onların halını daha yaxşı bi­lir!”– dedilər. Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər.

18:22

سَيَقُولُونَ ثَلَٰثَةٞ رَّابِعُهُمۡ كَلۡبُهُمۡ وَيَقُولُونَ خَمۡسَةٞ سَادِسُهُمۡ كَلۡبُهُمۡ رَجۡمَۢا بِٱلۡغَيۡبِۖ وَيَقُولُونَ سَبۡعَةٞ وَثَامِنُهُمۡ كَلۡبُهُمۡۚ قُل رَّبِّيٓ أَعۡلَمُ بِعِدَّتِهِم مَّا يَعۡلَمُهُمۡ إِلَّا قَلِيلٞۗ فَلَا تُمَارِ فِيهِمۡ إِلَّا مِرَآءٗ ظَٰهِرٗا وَلَا تَسۡتَفۡتِ فِيهِم مِّنۡهُمۡ أَحَدٗا ﴿22﴾

Bəziləri: “Onlar üçdür, dör­dün­cü­sü köpəkləridir!”– de­yəcək­lər. Digərləri isə “On­lar beş­dir, altıncısı köpəklə­ri­dir!”– de­yəcək­lər. Bu­nunla da qeyb haq­qında təxmini fikir yürü­də­cək­lər. Bəzi­ləri də: “On­lar yed­di­dir, səkki­zincisi kö­pəklə­ri­dir!”– de­yəcək­lər. De: “On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. İnsan­lardan bunu bilən çox az­dır!” Mağara əhli ba­rədə açıq mü­ba­hisə et (ayələrə əsaslan) və ki­­tab əhli­nin heç bi­rindən on­lar barədə bir şey soruşma!

18:23

وَلَا تَقُولَنَّ لِشَاْيۡءٍ إِنِّي فَاعِلٞ ذَٰلِكَ غَدًا ﴿23﴾

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!

18:24

إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ وَٱذۡكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلۡ عَسَىٰٓ أَن يَهۡدِيَنِ رَبِّي لِأَقۡرَبَ مِنۡ هَٰذَا رَشَدٗا ﴿24﴾

Ancaq: “Əgər Allah is­tə­sə!” (“in­şallah”- de!) Unut­du­ğun za­man Rəbbi­ni yada salıb: “Ola bilsin ki, Rəb­bim məni haq­qa bun­dan daha yaxın olan bir yola yönəltsin”– de.

18:25

وَلَبِثُواْ فِي كَهۡفِهِمۡ ثَلَٰثَ مِاْئَةٖ سِنِينَ وَٱزۡدَادُواْ تِسۡعٗا ﴿25﴾

Onlar mağarada üç yüz il, üstə­lik doqquz il də qaldı­lar.

18:26

قُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا لَبِثُواْۖ لَهُۥ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَبۡصِرۡ بِهِۦ وَأَسۡمِعۡۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا يُشۡرِكُ فِي حُكۡمِهِۦٓ أَحَدٗا ﴿26﴾

De: “Onların nə qədər qal­dıqla­rı­nı Allah daha yaxşı bilir. Göy­lə­rin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl gö­rür, necə də yaxşı eşi­dir! On­la­rın Ondan başqa heç bir hima­yə­darı yox­dur. Allah Öz hökmünə heç kəsi şərik et­məz!”

18:27

وَٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدٗا ﴿27﴾

Rəbbinin Kitabından sə­nə vəhy olunanları oxu. Onun kəl­mə­lərini heç kəs dəyişdirə bil­məz. Ondan başqa heç bir sı­ğına­caq ta­pa bilməz­sən.