quranm◉

Səhifə 298

Range
from 18:35 to 18:45
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

18:35

وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٞ لِّنَفۡسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدٗا ﴿35﴾

O özünə zülm edərək ba­ğına daxil olub dedi: “Bunun nə vaxt­sa yox ola bi­ləcəyini dü­şün­mürəm.

18:36

وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيۡرٗا مِّنۡهَا مُنقَلَبٗا ﴿36﴾

O Saatın (Qiyamət gününün) gələcəyini də zənn etmi­rəm. Rəbbimin ya­nı­na qay­tarılmalı ol­sam, söz­süz ki, bundan daha firavan bir hə­yat qis­mə­tim olacaq!”

18:37

قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرۡتَ بِٱلَّذِي خَلَقَكَ مِن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ سَوَّىٰكَ رَجُلٗا ﴿37﴾

Onunla söhbət edən yol­daşı isə dedi: “Səni torpaqdan, son­ra nütfədən yaratmış, daha sonra səni kişi qiya­fə­si­nə sal­mış Rəb­bi­nə küfr­mü edirsən?

18:38

لَّـٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّي وَلَآ أُشۡرِكُ بِرَبِّيٓ أَحَدٗا ﴿38﴾

Lakin Allah mənim Rəb­bim­dir və mən heç kəsi Rəb­bi­mə şə­rik qoşmaram!

18:39

وَلَوۡلَآ إِذۡ دَخَلۡتَ جَنَّتَكَ قُلۡتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِۚ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالٗا وَوَلَدٗا ﴿39﴾

Bağına girdiyin zaman: “Maşal­lah (Allahın istədiyi­dir)! Qüv­vət yalnız Allaha məx­sus­dur!”– deməli deyil­din­mi? Əgər var-döv­lətcə və övladca məni özün­dən kasıb sayırsansa,

18:40

فَعَسَىٰ رَبِّيٓ أَن يُؤۡتِيَنِ خَيۡرٗا مِّن جَنَّتِكَ وَيُرۡسِلَ عَلَيۡهَا حُسۡبَانٗا مِّنَ ٱلسَّمَآءِ فَتُصۡبِحَ صَعِيدٗا زَلَقًا ﴿40﴾

ola bilsin ki, Rəbbim mə­nə sənin bağından daha yax­şı­sını ver­sin, sənin bağına isə göy­dən bir bəla göndərsin və o, ha­mar bir ye­rə dönsün.

18:41

أَوۡ يُصۡبِحَ مَآؤُهَا غَوۡرٗا فَلَن تَسۡتَطِيعَ لَهُۥ طَلَبٗا ﴿41﴾

Yaxud suyu çəkilib get­sin və bir də onu axtarıb tapa bilmə­yə­sən!”

18:42

وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصۡبَحَ يُقَلِّبُ كَفَّيۡهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُشۡرِكۡ بِرَبِّيٓ أَحَدٗا ﴿42﴾

Beləcə, onun bağının məh­sulu bir anda məhv edildi. O, ba­ğı­nı belə görüb ora qoy­duğu xərcə görə peşmançılıq çək­məyə və əllərini bir-birinə vurmağa baş­ladı. Bağın talvar­ları uçulub dar­madağın olmuşdu. O dedi: “Kaş Rəb­bimə heç kəsi şərik qoşma­yay­dım!”

18:43

وَلَمۡ تَكُن لَّهُۥ فِئَةٞ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا ﴿43﴾

Allahdan başqa ona yar­dım edə biləcək dostlar yox idi və o da öz-özü­nə kömək edə bilməzdi.

18:44

هُنَالِكَ ٱلۡوَلَٰيَةُ لِلَّهِ ٱلۡحَقِّۚ هُوَ خَيۡرٞ ثَوَابٗا وَخَيۡرٌ عُقۡبٗا ﴿44﴾

Belə hallarda kömək et­mək an­caq Haqq olan Allaha məx­sus­dur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.

18:45

وَٱضۡرِبۡ لَهُم مَّثَلَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ فَأَصۡبَحَ هَشِيمٗا تَذۡرُوهُ ٱلرِّيَٰحُۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقۡتَدِرًا ﴿45﴾

Onlara dünya həyatını məsəl çək. Bu dünya həyatı göy­dən gön­dərdiyimiz yağışa bən­zər. Yer­dəki bitkilər onunla qa­rışıb ye­ti­şər, sonra isə külə­yin sovu­rub apardığı quru çör-çö­pə dönər. Allah hər şeyə qadir­dir.