quranm◉

Səhifə 299

Range
from 18:46 to 18:53
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

18:46

ٱلۡمَالُ وَٱلۡبَنُونَ زِينَةُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّـٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٌ أَمَلٗا ﴿46﴾

Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir.

18:47

وَيَوۡمَ نُسَيِّرُ ٱلۡجِبَالَ وَتَرَى ٱلۡأَرۡضَ بَارِزَةٗ وَحَشَرۡنَٰهُمۡ فَلَمۡ نُغَادِرۡ مِنۡهُمۡ أَحَدٗا ﴿47﴾

O gün Biz dağları hərə­kətə gə­ti­rəcəyik. O vaxt yerin düm­düz olduğu­nu görəcək­sən. Biz hamını bir yerə top­laya­caq, on­lar­dan heç birini kənara bu­raxmayacağıq.

18:48

وَعُرِضُواْ عَلَىٰ رَبِّكَ صَفّٗا لَّقَدۡ جِئۡتُمُونَا كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةِۭۚ بَلۡ زَعَمۡتُمۡ أَلَّن نَّجۡعَلَ لَكُم مَّوۡعِدٗا ﴿48﴾

Onlar Rəbbinin hüzu­run­da səf-səf duracaqlar. Biz de­yə­cəyik: “Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi gəl­diniz. Amma siz elə güman edir­di­niz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyə­cə­yik”.

18:49

وَوُضِعَ ٱلۡكِتَٰبُ فَتَرَى ٱلۡمُجۡرِمِينَ مُشۡفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيۡلَتَنَا مَالِ هَٰذَا ٱلۡكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةٗ وَلَا كَبِيرَةً إِلَّآ أَحۡصَىٰهَاۚ وَوَجَدُواْ مَا عَمِلُواْ حَاضِرٗاۗ وَلَا يَظۡلِمُ رَبُّكَ أَحَدٗا ﴿49﴾

Hər kəsin kitabı qarşı­sına qoyu­la­caq və sən günah­kar­la­rın ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Onlar de­yə­cək­lər: “Vay halı­mıza! Bu ne­cə bir kitab imiş! O nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!” Onlar et­­dik­ləri əməlləri öz qarşılarında görəcəklər. Rəb­bin heç kəsə haq­sız­lıq etməz!

18:50

وَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ كَانَ مِنَ ٱلۡجِنِّ فَفَسَقَ عَنۡ أَمۡرِ رَبِّهِۦٓۗ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوۡلِيَآءَ مِن دُونِي وَهُمۡ لَكُمۡ عَدُوُّۢۚ بِئۡسَ لِلظَّـٰلِمِينَ بَدَلٗا ﴿50﴾

Bir zaman Biz mələk­lə­rə: “Adəmə səcdə edin!”– de­mişdik. İb­lisdən başqa ha­mısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əm­rinə boyun əy­mədi. Onlar sizin düşməni­niz olduğu halda, siz Mə­ni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Za­lımlar üçün bu necə də yarıtmaz bir mü­badilədir!

18:51

مَّآ أَشۡهَدتُّهُمۡ خَلۡقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَا خَلۡقَ أَنفُسِهِمۡ وَمَا كُنتُ مُتَّخِذَ ٱلۡمُضِلِّينَ عَضُدٗا ﴿51﴾

Mən onları nə göylərin və yerin yaradılışına, nə də öz­lə­ri­nin yara­dı­lı­şı­na şahid et­mə­dim. Mən başqalarını yol­dan çıxaranları Özümə kö­məkçi tut­mu­ram.

18:52

وَيَوۡمَ يَقُولُ نَادُواْ شُرَكَآءِيَ ٱلَّذِينَ زَعَمۡتُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَجَعَلۡنَا بَيۡنَهُم مَّوۡبِقٗا ﴿52﴾

O gün Allah müşriklərə: “İddia et­diyiniz şəriklərimi ça­ğı­rın!”– deyəcək. Müşriklər on­ları çağıracaq, lakin onlar ca­vab ver­mə­yə­cək­lər. Biz müş­rik­­lərlə büt­lə­rin arasına həlakedici bir yarğan sa­la­rıq.

18:53

وَرَءَا ٱلۡمُجۡرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓاْ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمۡ يَجِدُواْ عَنۡهَا مَصۡرِفٗا ﴿53﴾

Günahkarlar atəşi görən kimi ora­ya düşəcəklərini yə­qin edə­cək və ora­dan qaçmağa bir yer tapa bil­məyə­cəklər.