quranm◉

Səhifə 300

Range
from 18:54 to 18:61
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

18:54

وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٖۚ وَكَانَ ٱلۡإِنسَٰنُ أَكۡثَرَ شَيۡءٖ جَدَلٗا ﴿54﴾

Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah et­dik. İnsan isə ən çox müba­hisə edəndir.

18:55

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰ وَيَسۡتَغۡفِرُواْ رَبَّهُمۡ إِلَّآ أَن تَأۡتِيَهُمۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ قُبُلٗا ﴿55﴾

İnsanlara doğru yol gös­təricisi gəldiyi zaman onla­rın iman gə­tirmələ­rinə və Rəbbin­dən bağışlanma di­ləmə­lərinə səbəb yalnız əv­­vəlkilərin ba­şı­na gələn­lərin onların da başına gəl­məsini, yaxud da gözləri gö­rə-görə əza­bın gə­lib onlara ye­tişməsini gözləmə­lə­ri ma­­ne ol­du.

18:56

وَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۚ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّۖ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَمَآ أُنذِرُواْ هُزُوٗا ﴿56﴾

Biz elçiləri yalnız müjdə verən­lər və xəbərdarlıq edən­lər ki­mi gön­də­ririk. Kafir­lər isə ba­til dəlilləri ilə haqqı ara­dan qal­dır­maq üçün müba­hisə edir­lər. Onlar Mənim ayə­lərimə və xə­bər­dar olun­duqları şeylərə is­tehza edirlər.

18:57

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعۡرَضَ عَنۡهَا وَنَسِيَ مَا قَدَّمَتۡ يَدَاهُۚ إِنَّا جَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۖ وَإِن تَدۡعُهُمۡ إِلَى ٱلۡهُدَىٰ فَلَن يَهۡتَدُوٓاْ إِذًا أَبَدٗا ﴿57﴾

Rəbbinin ayələri yadına salı­nar­kən onlardan üz döndə­rən, əv­vəl­cə öz əl­ləri ilə etdik­ləri gü­nahlarını unudan adam­­dan daha za­lım kim ola bilər? Qu­ranı anla­masın­lar deyə, Biz onların qəl­binə ör­tük­lər çək­dik, qulaqlarına da tı­xac vurduq. Sən onları doğru yo­la ça­ğır­san da, onlar heç vaxt doğru yola gəl­­məzlər.

18:58

وَرَبُّكَ ٱلۡغَفُورُ ذُو ٱلرَّحۡمَةِۖ لَوۡ يُؤَاخِذُهُم بِمَا كَسَبُواْ لَعَجَّلَ لَهُمُ ٱلۡعَذَابَۚ بَل لَّهُم مَّوۡعِدٞ لَّن يَجِدُواْ مِن دُونِهِۦ مَوۡئِلٗا ﴿58﴾

Rəbbin Bağışlayandır, mər­həmət sahibidir. Əgər Allah onla­rı qazan­dıqları günahlara görə cəza­landırsaydı, onların əzabını tez­ləş­dirərdi. Lakin on­­ların öz vaxtı var. Əzab gə­ləcəyi vaxt onlar heç bir sığına­caq tapa bilməyəcəklər.

18:59

وَتِلۡكَ ٱلۡقُرَىٰٓ أَهۡلَكۡنَٰهُمۡ لَمَّا ظَلَمُواْ وَجَعَلۡنَا لِمَهۡلِكِهِم مَّوۡعِدٗا ﴿59﴾

Budur haqsızlıq etdik­ləri zaman məhv etdiyimiz məm­lə­kət­lər. Biz onla­rı məhv et­mək üçün vaxt müəyyən et­miş­dik.

18:60

وَإِذۡ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبۡرَحُ حَتَّىٰٓ أَبۡلُغَ مَجۡمَعَ ٱلۡبَحۡرَيۡنِ أَوۡ أَمۡضِيَ حُقُبٗا ﴿60﴾

Bir zaman Musa öz xid­mətçisinə belə demişdi: “Mən iki də­ni­zin qovuş­du­ğu yerə ça­­tana qədər, yaxud uzun il­lər sərf edənə qə­dər səfə­rimə da­vam edə­cə­yəm”.

18:61

فَلَمَّا بَلَغَا مَجۡمَعَ بَيۡنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِي ٱلۡبَحۡرِ سَرَبٗا ﴿61﴾

Hər ikisi o dənizlərin qo­vuş­duğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unut­dular. Balıq isə dənizdə su­yun altı ilə yol alıb getdi.