quranm◉

Səhifə 301

Range
from 18:62 to 18:74
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

18:62

فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدۡ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبٗا ﴿62﴾

Onlar dənizlərin qovuş­du­ğu yerdən çıxıb getdikdə Musa öz xid­mətçisinə: “Nahar ye­mə­yimizi gətir. Biz bu sə­fə­ri­miz­də lap əl­dən düşdük”– dedi.

18:63

قَالَ أَرَءَيۡتَ إِذۡ أَوَيۡنَآ إِلَى ٱلصَّخۡرَةِ فَإِنِّي نَسِيتُ ٱلۡحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيۡطَٰنُ أَنۡ أَذۡكُرَهُۥۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِي ٱلۡبَحۡرِ عَجَبٗا ﴿63﴾

Xidmətçi dedi: “Qaya­nın yanında gizləndiyimiz vaxt ya­dına gəlirmi? O zaman mən ba­lığı unutdum. Doğrusu, onu xa­tırla­mağı mə­nə yalnız şeytan unut­durdu. Balıq dirilib qəribə bir şə­kil­də də­niz­də yol tutub getmiş­dir”.

18:64

قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبۡغِۚ فَٱرۡتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصٗا ﴿64﴾

Musa: “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz lə­pir­­lərinin izinə düşüb ge­ri qayıtdılar.

18:65

فَوَجَدَا عَبۡدٗا مِّنۡ عِبَادِنَآ ءَاتَيۡنَٰهُ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَعَلَّمۡنَٰهُ مِن لَّدُنَّا عِلۡمٗا ﴿65﴾

Onlar orada Öz tərə­fi­miz­dən mər­həmət bəxş etdi­yimiz və elm öyrət­di­yimiz qulla­rı­mız­dan bi­rinə rast gəldi­lər.

18:66

قَالَ لَهُۥ مُوسَىٰ هَلۡ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمۡتَ رُشۡدٗا ﴿66﴾

Musa ona dedi: “Sənə öyrə­dilmiş doğru yolu göstə­rən elm­dən mənə öyrət­mək şərtilə sənin arxanca gələ bilə­rəm­mi?”

18:67

قَالَ إِنَّكَ لَن تَسۡتَطِيعَ مَعِيَ صَبۡرٗا ﴿67﴾

Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bil­məz­sən.

18:68

وَكَيۡفَ تَصۡبِرُ عَلَىٰ مَا لَمۡ تُحِطۡ بِهِۦ خُبۡرٗا ﴿68﴾

Axı sən səbəbini bilmə­di­yin bir şeyə necə səbir edə bi­lər­sən?”

18:69

قَالَ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ صَابِرٗا وَلَآ أَعۡصِي لَكَ أَمۡرٗا ﴿69﴾

Musa dedi: “İnşallah, sə­birli ol­duğumu görəcəksən. Sə­nin heç bir əm­rindən çıxma­ya­cağam”.

18:70

قَالَ فَإِنِ ٱتَّبَعۡتَنِي فَلَا تَسۡـَٔلۡنِي عَن شَيۡءٍ حَتَّىٰٓ أُحۡدِثَ لَكَ مِنۡهُ ذِكۡرٗا ﴿70﴾

Xızır dedi: “Əgər mənə tabe ola­caqsansa, özüm sənə bir xə­bər bildir­mə­­yincə mən­dən heç bir şey haqqında so­ruş­ma”.

18:71

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِي ٱلسَّفِينَةِ خَرَقَهَاۖ قَالَ أَخَرَقۡتَهَا لِتُغۡرِقَ أَهۡلَهَا لَقَدۡ جِئۡتَ شَيۡـًٔا إِمۡرٗا ﴿71﴾

Sonra hər ikisi yola dü­zəlib get­dilər. Nəhayət gəlib gə­miyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gə­midə olan­la­rı suya qərq et­mək üçünmü onu deşdin? Doğ­ru­su, günahı bö­yük olan bir iş gör­dün”.

18:72

قَالَ أَلَمۡ أَقُلۡ إِنَّكَ لَن تَسۡتَطِيعَ مَعِيَ صَبۡرٗا ﴿72﴾

Xızır dedi: “Mən demə­dimmi ki, sən mənim yanımda səbir edə bil­məz­sən?”

18:73

قَالَ لَا تُؤَاخِذۡنِي بِمَا نَسِيتُ وَلَا تُرۡهِقۡنِي مِنۡ أَمۡرِي عُسۡرٗا ﴿73﴾

Musa dedi: “Unut­du­ğum bir şey­dən ötrü məni qınama və öz işimdə məni çətinliyə sal­ma!”

18:74

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمٗا فَقَتَلَهُۥ قَالَ أَقَتَلۡتَ نَفۡسٗا زَكِيَّةَۢ بِغَيۡرِ نَفۡسٖ لَّقَدۡ جِئۡتَ شَيۡـٔٗا نُّكۡرٗا ﴿74﴾

Yenə yola düzəldilər. Nə­ha­yət, bir oğlan uşağı ilə rast­laş­dıq­da Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öl­dür­mə­yən gü­nah­sız bir canamı qəsd et­din? Doğrusu, çox pis bir iş tutdun”.