quranm◉

Səhifə 305

Range
from 19:1 to 19:11
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

19:1

كٓهيعٓصٓ ﴿1﴾

Kəf. Hə. Yə. Ayn. Sad.

19:2

ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ ﴿2﴾

Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya göstərdiyi mər­hə­mə­ti­nin yada sa­lınma­sıdır.

19:3

إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيّٗا ﴿3﴾

Bir zaman Zəkəriyya Rəb­­binə giz­li­cə dua edib

19:4

قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا ﴿4﴾

demişdi: “Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da ağappaq ağar­mışdır. Ey Rəb­bim! Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam.

19:5

وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا ﴿5﴾

Mən özümdən sonra gə­lən qo­hum­larımdan bəzisinin dinə etina­sız ya­na­­şa­caqlarından qorxu­ram. Zöv­cəm də sonsuzdur. Mə­nə Öz tə­rə­fin­dən elə bir övlad bəxş et ki,

19:6

يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا ﴿6﴾

o həm mənə, həm də Ya­qub nəs­linə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin ra­zı­lığını qazan­mış olsun!”

19:7

يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا ﴿7﴾

Ona belə vəhy olundu: “Ey Zə­kəriy­ya! Səni Yəhya adlı bir oğul­la müjdə­lə­yirik. Biz bu adı on­dan öncə kimsəyə qoy­ma­mı­şıq!”

19:8

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا ﴿8﴾

O dedi: “Ey Rəbbim! Zöv­cəm son­suz bir qadın ikən, özüm də qocalığın son həd­din­də ol­du­ğum halda necə mə­nim övla­dım ola bilər?”

19:9

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا ﴿9﴾

Mələk dedi: «Bu, belədir, la­kin Rəbbin buyurdu: “Bu Mə­nim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmiş­dim!”»

19:10

قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا ﴿10﴾

O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət müəy­yən et”. Allah bu­yur­du: “Əla­mətin budur ki, sən sağlam ikən üç gecə adam­­lar­la danış­maya­caq­san!”

19:11

فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا ﴿11﴾

O, mehrabdan öz qöv­münün qar­şısına çıxıb onlara işarə ilə ba­şa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”