quranm◉

Səhifə 304

Range
from 18:98 to 18:110
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

18:98

قَالَ هَٰذَا رَحۡمَةٞ مِّن رَّبِّيۖ فَإِذَا جَآءَ وَعۡدُ رَبِّي جَعَلَهُۥ دَكَّآءَۖ وَكَانَ وَعۡدُ رَبِّي حَقّٗا ﴿98﴾

Zülqərneyn dedi: “Bu, Rəb­bim­dən olan bir mərhəmət­dir. Rəb­­bimin vədi gəldikdə isə onu yerlə yeksan edəcək­dir. Rəb­bi­min vədi həqiqətdir”.

18:99

وَتَرَكۡنَا بَعۡضَهُمۡ يَوۡمَئِذٖ يَمُوجُ فِي بَعۡضٖۖ وَنُفِخَ فِي ٱلصُّورِ فَجَمَعۡنَٰهُمۡ جَمۡعٗا ﴿99﴾

O gün Yəcuc və Məcuc tay­­falarını axışıb bir-birinə qa­rış­mış hal­da bura­xa­rıq. Sur üfü­rülən kimi məxluqatın ha­mı­sı­nı bir yerə top­layarıq.

18:100

وَعَرَضۡنَا جَهَنَّمَ يَوۡمَئِذٖ لِّلۡكَٰفِرِينَ عَرۡضًا ﴿100﴾

O gün Biz Cəhənnəmi ka­firlərə aşkar göstərərik.

18:101

ٱلَّذِينَ كَانَتۡ أَعۡيُنُهُمۡ فِي غِطَآءٍ عَن ذِكۡرِي وَكَانُواْ لَا يَسۡتَطِيعُونَ سَمۡعًا ﴿101﴾

O kəslərə ki, gözləri Məni an­maqdan qapali idi, (ayə­lə­rim­dən üz döndərərdilər), özləri də eşidə bilmir­dilər.

18:102

أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن يَتَّخِذُواْ عِبَادِي مِن دُونِيٓ أَوۡلِيَآءَۚ إِنَّآ أَعۡتَدۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ نُزُلٗا ﴿102﴾

Olmaya, kafirlər Məni qo­yub qul­larımı özlərinə dost tu­ta­caq­­la­rını güman edirdilər? Həqiqətən, Biz Cə­hənnəmi ka­firlər üçün mən­zil hazırla­mı­şıq.

18:103

قُلۡ هَلۡ نُنَبِّئُكُم بِٱلۡأَخۡسَرِينَ أَعۡمَٰلًا ﴿103﴾

De: “Sizə əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­lar ba­rə­sində xəbər verimmi?

18:104

ٱلَّذِينَ ضَلَّ سَعۡيُهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ يَحۡسَبُونَ أَنَّهُمۡ يُحۡسِنُونَ صُنۡعًا ﴿104﴾

O kəslər haqqında ki, on­ların dünya həyatındakı səy­ləri bo­şa çıx­mış­dır. Çünki on­lar özlü­yündə yaxşı işlər gör­dükləri gü­ma­nında idilər.

18:105

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَلِقَآئِهِۦ فَحَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فَلَا نُقِيمُ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَزۡنٗا ﴿105﴾

Onlar Rəbbinin ayələ­rini və Onun­la qarşılaşacaqla­rını in­kar edən, buna görə də bütün əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü Biz onlara əhə­miyyət ver­mə­yəcəyik”.

18:106

ذَٰلِكَ جَزَآؤُهُمۡ جَهَنَّمُ بِمَا كَفَرُواْ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَرُسُلِي هُزُوًا ﴿106﴾

Kafir olduqlarına, ayə­lə­rimi və elçilərimi lağlağıya qoy­duq­larına görə onların cə­zası Cəhən­nəmdir.

18:107

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ كَانَتۡ لَهُمۡ جَنَّـٰتُ ٱلۡفِرۡدَوۡسِ نُزُلًا ﴿107﴾

İman gətirib saleh əməl­lər işləyənlərin məskəni isə Fir­dovs cən­nətləri olacaq.

18:108

خَٰلِدِينَ فِيهَا لَا يَبۡغُونَ عَنۡهَا حِوَلٗا ﴿108﴾

Onlar orada əbədi qa­la­caq, ora­nı başqa bir yerə də­yiş­mək is­tə­­məyə­cək­lər.

18:109

قُل لَّوۡ كَانَ ٱلۡبَحۡرُ مِدَادٗا لِّكَلِمَٰتِ رَبِّي لَنَفِدَ ٱلۡبَحۡرُ قَبۡلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّي وَلَوۡ جِئۡنَا بِمِثۡلِهِۦ مَدَدٗا ﴿109﴾

De: “Əgər Rəbbimin Söz­lərini yazmaq üçün dəniz mü­rək­kəb olsaydı və bir o qə­dər də ona əlavə etsəydik be­lə, Rəb­bimin Söz­ləri qurtar­ma­dan ön­cə dənizin suyu qur­tarardı”.

18:110

قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا ﴿110﴾

De: “Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!”