quranm◉

Səhifə 306

Range
from 19:12 to 19:25
Surahs covered
Tərcümə
14 Tərcümə

◉

19:12

يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا ﴿12﴾

Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– de­yə vəhy etdik. Biz ona uşaq ikən hik­mət bəxş etdik.

19:13

وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا ﴿13﴾

Üstəlik Öz tərəfimizdən bir şəf­qət və paklıq da bəxş et­dik. O, müttəqi idi.

19:14

وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا ﴿14﴾

Həm də ata-anasına qar­şı qayğı­keş idi; lovğa və asi de­yildi.

19:15

وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا ﴿15﴾

Doğulduğu gün də, ölə­cəyi gün də, yenidən dirildilə­cəyi gün də ona sa­lam olsun!

19:16

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا ﴿16﴾

Kitabda Məryəmi də ya­da sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir ye­rə çəkilmiş

19:17

فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا ﴿17﴾

və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuş­du. Biz Öz Ruhu­muz Cəb­raili onun yanına göndərdik. O, Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu.

19:18

قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا ﴿18﴾

Məryəm dedi: “Mən sən­dən Mər­həmətli Allaha sığını­ram! Əgər müttə­qisən­sə, mənə to­xunma”.

19:19

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا ﴿19﴾

Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş et­mək üçün Rəbbinin el­çi­siyəm”.

19:20

قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا ﴿20﴾

Məryəm dedi: “Mənə bir insan to­xunmadığı və özüm də zi­na­kar olma­dı­ğım halda, necə mənim övladım ola bi­lər?”

19:21

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا ﴿21﴾

Mələk dedi: «Bu belədir, la­kin Rəbbin buyurdu: “Bu, Mə­nim üçün asandır. Biz onu in­sanlar üçün bir mö­cüzə və Öz tə­rə­fi­miz­dən bir mərhəmət edə­cəyik. Bu, hökmü verilmiş bir iş­dir”».

19:22

فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا ﴿22﴾

Məryəm uşağa qaldı və bət­nin­də­ki ilə birlikdə gedib uzaq bir yerə çə­kil­di.

19:23

فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا ﴿23﴾

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləy­dim və birdə­fə­lik unudul­aydım!”

19:24

فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا ﴿24﴾

Məryəmin aşağı tərəfin­dən (İsa və ya Cəbrail) onu səs­ləyib de­di: “Qəm ye­mə, Rəb­bin sənin ayağının altından bir bu­laq axıtdı.

19:25

وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا ﴿25﴾

Xurma ağacının gövdə­sini özünə tərəf silkələ ki, üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün.