quranm◉

Səhifə 307

Range
from 19:26 to 19:38
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

19:26

فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا ﴿26﴾

Ye, iç, gözün aydın ol­sun! Əgər insanlardan kimisə gör­sən, de: “Mən Mərhəmətli Alla­ha oruc tut­mağı nəzir etmi­şəm. Odur ki, bu gün heç kimlə da­nış­maya­cağam”».

19:27

فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا ﴿27﴾

Məryəm körpəni quca­ğı­na alıb öz tayfasının yanına gə­tirdi. On­lar dedi­lər: “Ey Mər­yəm! Sən yaramaz (və ya gö­rünməmiş) bir iş tutdun.

19:28

يَـٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا ﴿28﴾

Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun de­yil­di”.

19:29

فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا ﴿29﴾

Məryəm uşağı göstərdi. On­lar de­dilər: “Beşikdə olan körpə ilə necə da­nışaq?”

19:30

قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا ﴿30﴾

Körpə dil açıb dedi: “Hə­qi­qətən də, mən Allahın qulu­yam! O mə­nə Kitab verdi və məni pey­ğəmbər etdi.

19:31

وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا ﴿31﴾

Harada oluramsa olum, məni mü­barək etdi və nə qə­dər ki sa­ğam, mə­nə namaz qılıb zəkat verməyi əmr etdi.

19:32

وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا ﴿32﴾

Həm də məni anama qar­şı qay­ğı­keş etdi; məni lovğa və bəd­bəxt etmədi.

19:33

وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا ﴿33﴾

Doğulduğum gün də, ölə­cəyim gün də, yenidən diril­di­lə­cə­yim gün də mənə salam ol­sun!”

19:34

ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ ﴿34﴾

Barəsində şübhəyə düş­dük­ləri haqq söz olan Məryəm oğlu İsa budur!

19:35

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿35﴾

Allaha övlad götürmək ya­raş­maz. O, pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq “Ol!”– de­yər, o da dərhal olar.

19:36

وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴿36﴾

İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də si­zin Rəb­bi­niz­dir. Elə isə yal­nız Ona ibadət edin! Düz yol da bu­dur”.

19:37

فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ ﴿37﴾

Sonra firqələrin ara­sın­da ziddiy­yət düşdü. Böyük gü­nü gö­rə­cək kafir­lərin vay ha­lı­na!

19:38

أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّـٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿38﴾

Onlar Bizim hüzuru­mu­za gələ­cəkləri gün necə yaxşı eşidə­cək, necə də yaxşı görə­cək­lər! Lakin zalımlar bu gün açıq-aydın az­ğınlıq için­də­dirlər.