quranm◉

Səhifə 308

Range
from 19:39 to 19:51
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

19:39

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿39﴾

Sən onları işin bitmiş ola­cağı peş­mançılıq günü ilə qor­xut! İn­di onlar hə­lə qəflətdə­dirlər və iman gətir­mirlər.

19:40

إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ ﴿40﴾

Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sa­hib çı­xacağıq. On­ların qayı­dışı Bizə olacaqdır.

19:41

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا ﴿41﴾

Kitabda İbrahimi də xa­tırla! Hə­qiqətən, o, sadiq insan və pey­ğəmbər idi.

19:42

إِذۡ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا ﴿42﴾

Bir zaman o, atasına de­mişdi: “Atacan! Nə üçün eşit­məyən, gör­mə­yən və sənə heç bir faydası olmayan bir şeyə si­tayiş edir­sən?

19:43

يَـٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا ﴿43﴾

Atacan! Həqiqətən, sənə gəl­mə­yən bir elm mənə gəl­miş­dir. Ar­xamca gəl ki, səni doğ­ru yola yönəldim.

19:44

يَـٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا ﴿44﴾

Atacan! Şeytana ibadət etmə! Hə­qiqətən, şeytan Mər­həmətli Allaha çox asi ol­du.

19:45

يَـٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا ﴿45﴾

Atacan! Qorxuram ki, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­sun və be­ləcə, şey­tana yoldaş olasan”.

19:46

قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَـٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا ﴿46﴾

Atası dedi: “Sən mənim məbud­larımdan üzmü çevi­rir­sən, ey İbrahim?! Əgər buna son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol!”

19:47

قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا ﴿47﴾

İbrahim dedi: “Sənə sa­lam olsun! Mən Rəbbimdən sənin üçün bağış­lan­ma diləyə­cəyəm. Həqiqə­tən, O mənə qarşı çox lütf­kardır.

19:48

وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا ﴿48﴾

Mən sizi və Allahdan başqa si­ta­yiş etdiyiniz bütləri tərk edir və öz Rəb­bimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua et­mək­lə heç vaxt bəd­bəxt olmayım”.

19:49

فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا ﴿49﴾

İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik.

19:50

وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا ﴿50﴾

Biz onlara öz mərhəmə­ti­mizdən əta etdik və gələcək nə­sil­lər hə­mişə yada salsın deyə on­lara yaxşı ad qismət elədik.

19:51

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا ﴿51﴾

Kitabda Musanı da xa­tır­la! Həqi­qətən o, seçilmiş bir el­çi və peyğəmbər idi.