quranm◉

Səhifə 309

Range
from 19:52 to 19:64
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

19:52

وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيّٗا ﴿52﴾

Biz Musanı sağ tərə­fin­də­ki Tur da­ğının yaxınlığından ça­ğır­dıq və onunla danı­şıb onu özü­müzə yaxın etdik.

19:53

وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيّٗا ﴿53﴾

Biz Öz mərhəmətimiz­dən ona qardaşı Harunu da bir pey­ğəm­bər ola­raq bəxş etdik.

19:54

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولٗا نَّبِيّٗا ﴿54﴾

Kitabda İsmaili də xa­tır­la! Həqi­qətən, o öz vədinə sa­diq idi. O, bir elçi və pey­ğəm­bər idi.

19:55

وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيّٗا ﴿55﴾

O öz ailəsinə namaz qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin ri­zasını qazan­mışdı.

19:56

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيّٗا ﴿56﴾

Kitabda İdrisi də xatırla! Həqi­qə­tən, o, düz danı­şan adam və bir pey­ğəmbər idi.

19:57

وَرَفَعۡنَٰهُ مَكَانًا عَلِيًّا ﴿57﴾

Biz onu yüksək bir mə­qama ucaltdıq.

19:58

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَـٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩ ﴿58﴾

Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adə­min və Nuhla bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, İbra­hi­min və İsrai­lin nəs­lin­dən seçib haqq yola yö­nəlt­diyimiz kim­sə­lər­dəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayə­ləri oxunduğu za­man səc­dəyə qapanıb ağla­yanlardır.

19:59

فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا ﴿59﴾

Onların arxasınca nama­zı bura­xıb şəhvətə uyan bir nə­sil gəl­­di. Onlar ziyana uğra­ya­caqlar.

19:60

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا ﴿60﴾

Ancaq Allaha tövbə edib iman gə­tirənlər və saleh əməllər edən­lərdən baş­qa! Onlar Cən­nətə daxil olacaq və heç bir haq­sız­lı­ğa məruz qalmaya­caq­lar.

19:61

جَنَّـٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا ﴿61﴾

Bu Cənnət Mərhəmətli Allahın Öz qul­la­rına vəd etdiyi və on­la­rın gör­mədikləri Ədn cən­nətləridir. Onun vədi mütləq ye­rinə ye­tə­cək­dir.

19:62

لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا ﴿62﴾

Onlar orada boş sözlər deyil, an­caq: “Salam!” eşidə­cək­lər. Ora­da səhər-axşam on­la­rın ruzisi ola­caqdır.

19:63

تِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِي نُورِثُ مِنۡ عِبَادِنَا مَن كَانَ تَقِيّٗا ﴿63﴾

Qullarımızdan olan müt­tə­qilər üçün miras edəcəyimiz Cən­nət budur.

19:64

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا ﴿64﴾

Mələklər dedi: “Biz dün­ya­ya ancaq sənin Rəbbinin əmri ilə eni­rik. Önü­müz­də, arxa­mız­da və onların arasında nə var­sa, Ona məxsusdur. Rəb­bin unu­dan de­yildir”.