quranm◉

Səhifə 314

Range
from 20:38 to 20:51
Surahs covered
Tərcümə
14 Tərcümə

◉

20:38

إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ﴿38﴾

O vaxt ki, anana vəhy olu­nacaq şeyi belə vəhy etdik:

20:39

أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ ﴿39﴾

“Onu bir sandığa qoyub çaya bu­rax ki, çay onu sahilə at­sın və həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün”. Göz­üm önündə boya-başa çatdı­rılasan deyə, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında məhəbbət oyatdım.

20:40

إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّـٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ ﴿40﴾

O zaman bacın gedib ca­maata de­yirdi: “Sizə onun qay­ğı­sına qa­lacaq bi­risini göstə­rim­mi?” Beləliklə, gözü ay­dın ol­sun və qəm ye­məsin deyə, sə­ni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nə­fə­ri öldür­dün. O vaxt Biz səni qəm-qüs­sədən qurtardıq. Biz səni çə­tin sınaqlardan keçirtdik. Sən il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da müəy­yən olun­muş məqama gəlib çatdın, ey Musa!

20:41

وَٱصۡطَنَعۡتُكَ لِنَفۡسِي ﴿41﴾

Mən səni Özümə pey­ğəm­­bər seç­dim!

20:42

ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي ﴿42﴾

Sən və qardaşın möcü­zələ­rimlə gedin və Məni zikr etməkdə zə­iflik gös­tərməyin.

20:43

ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ﴿43﴾

Fironun yanına gedin. Çün­ki o, həddini aşmışdır.

20:44

فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ ﴿44﴾

Onunla yumşaq danı­şın. Bəlkə, öyüd-nəsihət qəbul et­sin, ya­xud qorx­sun!”

20:45

قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ ﴿45﴾

Onlar dedilər: “Ey Rəb­bi­miz! Biz, onun bizə şiddətli cəza ver­mə­sin­dən və ya həd­dini aşma­sından qorxuruq”.

20:46

قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ ﴿46﴾

Allah buyurdu: “Qorx­ma­yın, çün­ki Mən sizinləyəm, eşi­di­rəm və gö­rü­rəm!

20:47

فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ ﴿47﴾

Onun yanına gedib de­yin: “Biz sənin Rəbbinin elçi­lə­riyik. İs­rail oğul­la­rını bizim­lə göndər və onlara əziyyət ver­mə. Biz sənin ya­nına Rəb­bin­dən də­lillə gəlmi­şik. Doğru yol­la gedənlərə salam ol­sun!

20:48

إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ﴿48﴾

Bizə vəhy edildi ki, əzab, haqqı ya­lan sayıb üz dön­də­rən­lərə ve­rilə­cək­dir!”

20:49

قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ ﴿49﴾

Firon dedi: “Rəbbiniz kim­dir, ey Musa?”

20:50

قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ ﴿50﴾

Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, son­ra da ona doğru yolu gös­tə­rən­dir!”

20:51

قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ ﴿51﴾

Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”