quranm◉

Səhifə 315

Range
from 20:52 to 20:64
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

20:52

قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى ﴿52﴾

Musa dedi: “Onlar haq­qın­dakı bil­gi Rəbbimin yanın­da olan bir Kitab­da­dır. Rəb­bim nə xəta edir, nə də unu­dur!”

20:53

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ ﴿53﴾

O, yer üzünü sizin üçün beşik et­miş, orada sizin üçün yol­lar sal­mış və göydən su en­dir­miş­dir. Biz onunla cür­bəcür bitkilər­dən cüt-cüt yetişdirdik.

20:54

كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ﴿54﴾

Onlardan həm özünüz ye­yin, həm də heyvanlarınızı yem­lə­yin. Həqiqətən, bunlarda ba­şa düşənlər üçün dəlil­lər var­dır.

20:55

مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ ﴿55﴾

Biz sizi torpaqdan yarat­dıq. Sizi ora qaytaracaq və bir daha ora­dan çı­xardacağıq.

20:56

وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ﴿56﴾

Biz dəlillərimizin hamı­sını Firona göstərdik. O isə bu də­lil­ləri ya­lan sayıb qəbul et­mə­di.

20:57

قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ ﴿57﴾

Firon dedi: “Sən öz seh­rinlə bizi öz torpağımızdan qo­­vub çı­xart­mağamı gəlmisən, ey Musa?

20:58

فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى ﴿58﴾

Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizim­lə öz aran­da gö­rüş vaxtı təyin et. Nə biz, nə də sən və­də xilaf çıxma­yaq. Bu hamımız üçün mü­nasib bir yerdə olsun”.

20:59

قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى ﴿59﴾

Musa dedi: “Görüş vax­tınız bay­ram günü, camaatın bir yerə top­laşacağı səhər vax­tıdır!”

20:60

فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ ﴿60﴾

Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələ­rini (sehr­bazlarının hamısını) toplayıb gəldi.

20:61

قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ ﴿61﴾

Musa onlara dedi: “Vay ha­lınıza! Allaha qarşı yalan uy­dur­ma­yın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğra­yar.

20:62

فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ ﴿62﴾

Fironun adamları öz ara­la­rında iş­lə­ri barəsində mü­ba­hisə edib xəlvətcə söh­bət et­di­lər.

20:63

قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ ﴿63﴾

Onlar dedilər: “Bu ikisi, doğ­ru­dan da, sehrbazdır. On­lar öz sehr­ləri ilə sizi torpa­ğı­nız­dan qo­vub çıxartmaq və si­zin ən gözəl yo­lunu­zu aradan gö­tür­mək istə­yirlər.

20:64

فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ ﴿64﴾

Odur ki, bütün hiylə­lə­rinizi cəm­ləşdirib meydana dəs­tə-dəs­tə gəlin. Bu gün qə­ləbə çalan xilas olacaqdır”.