quranm◉

Səhifə 313

Range
from 20:13 to 20:37
Surahs covered
Tərcümə
25 Tərcümə

◉

20:13

وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ ﴿13﴾

Mən səni seçmişəm. Sə­nə vəhy olunanı dinlə!

20:14

إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ ﴿14﴾

Həqiqətən, Mən Alla­ham! Məndən başqa heç bir məbud yox­­dur. Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namaz qıl!

20:15

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ ﴿15﴾

Həmin Saat hökmən gə­lə­cək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlə­di­rəm.

20:16

فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ ﴿16﴾

Qoy ona inanmayan və nəf­sinin istəklərinə uyan bir kəs sə­ni ondan ya­yındırmasın, yox­sa məhv olarsan!

20:17

وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ ﴿17﴾

Sağ əlindəki nədir, ey Musa?”

20:18

قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ ﴿18﴾

Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onun­la qo­yunlarıma yarpaq silkələ­yirəm. Bu, mənim üçün başqa işlərə də ya­rayır”.

20:19

قَالَ أَلۡقِهَا يَٰمُوسَىٰ ﴿19﴾

Allah buyurdu: “At onu yerə, ey Musa!”

20:20

فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ ﴿20﴾

Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sü­rün­mə­yə başladı.

20:21

قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ ﴿21﴾

Allah buyurdu: “Götür onu, qorx­ma! Biz onu əvvəlki halına qay­ta­raca­ğıq.

20:22

وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ ﴿22﴾

Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi lə­kə­siz, ağap­paq çıxsın.

20:23

لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى ﴿23﴾

Belə etdik ki, sənə ən bö­yük mö­cüzələrimizdən bir ne­çə­sini gös­tərək.

20:24

ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ﴿24﴾

Fironun yanına get! Çün­ki o, həd­dini aşmışdır”.

20:25

قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي ﴿25﴾

Musa dedi: “Ey Rəbbim! Köksü­mü açıb genişlət!

20:26

وَيَسِّرۡ لِيٓ أَمۡرِي ﴿26﴾

İşimi yüngülləşdir!

20:27

وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي ﴿27﴾

Dilimdəki düyünü aç ki,

20:28

يَفۡقَهُواْ قَوۡلِي ﴿28﴾

sözümü anlasınlar!

20:29

وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي ﴿29﴾

Mənə öz ailəmdən bir kö­məkçi ver –

20:30

هَٰرُونَ أَخِي ﴿30﴾

Qardaşım Harunu!

20:31

ٱشۡدُدۡ بِهِۦٓ أَزۡرِي ﴿31﴾

Onun sayəsində mənim gü­cümü artır!

20:32

وَأَشۡرِكۡهُ فِيٓ أَمۡرِي ﴿32﴾

Onu işimə ortaq et (ona da pey­ğəmbərlik ver) ki,

20:33

كَيۡ نُسَبِّحَكَ كَثِيرٗا ﴿33﴾

Sənə çoxlu təriflər deyək

20:34

وَنَذۡكُرَكَ كَثِيرًا ﴿34﴾

və Səni çox zikr edək.

20:35

إِنَّكَ كُنتَ بِنَا بَصِيرٗا ﴿35﴾

Şübhəsiz ki, Sən bizi gö­rürsən!”

20:36

قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ ﴿36﴾

Allah buyurdu: “Dilədi­yin sənə verildi, ey Musa!

20:37

وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ ﴿37﴾

Sənə bir dəfə də mərhə­mət gös­tərmişdik.