quranm◉

Səhifə 316

Range
from 20:65 to 20:76
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

20:65

قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ ﴿65﴾

Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlində­kini at, ya da birinci atan biz olaq!”

20:66

قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ ﴿66﴾

Musa dedi: “Yox, siz atın!” Sehr­bazlar əllərindəki­ləri yerə atan ki­mi sehr­ləri sayə­sin­də ona elə gəldi ki, onların kən­dirləri və ço­maq­ları hərəkətə gə­lib sürünür.

20:67

فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ ﴿67﴾

Musanın ürəyi xoflandı.

20:68

قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ ﴿68﴾

Biz dedik: “Qorxma, qa­lib gələn mütləq sən ola­caq­san!

20:69

وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ ﴿69﴾

Sağ əlindəkini yerə at, on­ların qurduqlarını udsun. On­ların qur­duqları sadəcə sehr­baz hiylə­sidir. Sehrbaz isə, hara ge­dirsə-get­sin, uğur qazan­maz”.

20:70

فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ﴿70﴾

Sehrbazlar səcdəyə qa­panıb de­di­lər: “Biz Harunun və Mu­sa­nın Rəbbinə iman gə­tir­dik!”

20:71

قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ ﴿71﴾

Firon dedi: “Mən sizə izin ver­mə­mişdən əvvəl siz ona iman gə­tirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyü­yü­nüz­dür. Mən si­zin əllərinizi və ayaq­larınızı çar­paz kəsdi­rə­cək, özünüzü də xur­ma ağac­la­rının gövdələ­rin­də çar­mıxa çə­kəcə­yəm. Onda han­sı­mı­zın əza­bı­nın daha şid­dət­li və daha sü­rəkli ol­duğunu bilə­cəksi­niz!”

20:72

قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ ﴿72﴾

Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlil­lər­dən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm ve­rə­­cəksənsə, ver. Sən ancaq bu dün­yada hökm verə bilərsən!

20:73

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ﴿73﴾

Həqiqətən, biz Rəbbi­mi­zə iman gətirdik ki, O bizi gü­nahla­rı­mıza və sənin bizi məc­bur etdir­diyin sehrə görə ba­ğışlasın. Alla­hın mükafatı daha xeyir­li, cəzası isə daha sü­rək­li­dir!”

20:74

إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ﴿74﴾

Kim Rəbbinin hüzuruna gü­nah­kar kimi gələrsə, cəhən­nəm­lik olar. O, orada nə ölər, nə də yaşayar.

20:75

وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّـٰلِحَٰتِ فَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ ﴿75﴾

Kim Onun hüzuruna yax­şı əməl­lər etmiş bir mömin ki­mi gə­lər­sə, on­la­ra ən yüksək də­rə­cələr nəsib olar –

20:76

جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ﴿76﴾

ağacları altından çaylar axan Ədn cən­nətləri. Onlar orada əbədi qalarlar. Bu, günahlar­dan təmizlənənlərin mükafa­tı­dır.