quranm◉

Səhifə 317

Range
from 20:77 to 20:87
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

20:77

وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ ﴿77﴾

Biz Musaya: “Qullarım­la birlikdə gecə yola çıx, əsanı suya vur­maqla onlar üçün də­niz­də quru yol aç. Düşmənin si­zə çat­ma­sın­dan qorxma, çə­kin­mə!”– de­yə vəhy etdik.

20:78

فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ ﴿78﴾

Firon öz ordusu ilə on­ları təqib etdi və dəniz onları qap­la­yıb batırdı.

20:79

وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ ﴿79﴾

Firon öz xalqını azğın­lığa sürük­lədi və onlara doğru yol gös­tər­mədi.

20:80

يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ ﴿80﴾

Ey İsrail oğulları! Biz si­zi düşmə­ninizdən xilas etdik. Sizə sağ tə­rəfiniz­dəki Tur dağının ya­nına gəlmə­yi­niz üçün vədə ver­dik. Sizə göy­­dən manna və bil­dirçin en­dirdik.

20:81

كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ ﴿81﴾

Sizə verdiyimiz ruzilə­rin təmi­zin­dən yeyin və bunda həddi aş­ma­yın, yoxsa sizə qə­zəbim tu­tar. Qəzəbimə gəlmiş kimsə isə bəd­bəxt olar.

20:82

وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ ﴿82﴾

Mən, həqiqətən də, töv­bə edib, iman gətirib yaxşı iş­lər gö­rən, sonra da doğru yolu tutanları bağışlayıram.

20:83

وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ ﴿83﴾

Allah buyurdu: “Səni öz qövmün­dən ayrılmağa tələsdi­rən nə idi, ey Mu­sa?”

20:84

قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ ﴿84﴾

Musa dedi: “Onlar da ar­xamca gə­lirlər. Məndən razı qa­la­san deyə, Sə­nin yanına tə­ləs­dim, ey Rəbbim!”

20:85

قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ ﴿85﴾

Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Sa­mi­ri onları yoldan çı­xartdı”.

20:86

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي ﴿86﴾

Musa qəzəbli, kədərli halda qöv­münün yanına qayı­dıb de­di: “Ey qöv­müm! Mə­gər Rəbbiniz sizə gözəl bir vəd vermə­miş­di­mi? Doğru­danmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini istəyib mənə verdi­yiniz vədə xilaf çıxdınız?”

20:87

قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ ﴿87﴾

Onlar dedilər: “Biz sənə verdi­yi­miz vədə öz ixtiyarı­mız­la xi­laf çıxma­dıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yük­lər­lə yüklənmiş­dik. Biz onları oda atdıq. Həmçinin Sa­miri də onu oda atdı”.