quranm◉

Səhifə 318

Range
from 20:88 to 20:98
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

20:88

فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ ﴿88﴾

Samiri onlar üçün bö­yü­rən bir buzov heykəli dü­zəlt­di. Bu­zo­va məftun olanlar: “Si­zin də məbudunuz, Musanın da məbudu bu­­dur. Lakin o bunu unut­muş­dur”– dedilər.

20:89

أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا ﴿89﴾

Məgər bu heykəlin on­lara heç bir cavab vermədiyini, on­lara nə bir zərər, nə də bir fay­da ver­məyə qadir olma­dı­ğını gör­mür­dü­lər­mi?!

20:90

وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي ﴿90﴾

Bundan əvvəl Harun on­lara de­mişdi: “Ey qövmüm! Siz bu­nunla an­caq sınağa çə­kil­di­niz. Həqiqətən, sizin Rəb­biniz Mər­hə­mət­li Allahdır. Mənə ta­be olun və əmrimə itaət edin!”

20:91

قَالُواْ لَن نَّبۡرَحَ عَلَيۡهِ عَٰكِفِينَ حَتَّىٰ يَرۡجِعَ إِلَيۡنَا مُوسَىٰ ﴿91﴾

Onlar: “Musa yanımıza qa­yıt­ma­yınca biz ona sitayiş et­mək­dən əl çək­məyəcəyik!”– de­dilər.

20:92

قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذۡ رَأَيۡتَهُمۡ ضَلُّوٓاْ ﴿92﴾

Musa dedi: “Ey Harun! On­ların azdıqlarını gördüyün za­man sənə nə mane oldu ki,

20:93

أَلَّا تَتَّبِعَنِۖ أَفَعَصَيۡتَ أَمۡرِي ﴿93﴾

ardımca gəlmədin? Əm­ri­mə qar­şımı çıxdın?

20:94

قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي ﴿94﴾

Harun dedi: “Ey ana­mın oğlu! Saqqalımdan, saçımdan tut­ma. Doğ­ru­su, mən sənin: “İs­rail oğul­larını bir-bi­rindən ayır­dın, sö­zü­mə baxma­dın!”– de­yəcəyindən qorxdum.

20:95

قَالَ فَمَا خَطۡبُكَ يَٰسَٰمِرِيُّ ﴿95﴾

Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”

20:96

قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي ﴿96﴾

O dedi: “Mən onların gör­mədik­lərini gördüm. Mən o el­çi­nin ləpi­rin­dən (Cəbrailin atı­nın ayağı dəydiyi yer­dən) bir ovuc tor­paq gö­türdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim mə­ni buna sövq etdi”.

20:97

قَالَ فَٱذۡهَبۡ فَإِنَّ لَكَ فِي ٱلۡحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَۖ وَإِنَّ لَكَ مَوۡعِدٗا لَّن تُخۡلَفَهُۥۖ وَٱنظُرۡ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِي ظَلۡتَ عَلَيۡهِ عَاكِفٗاۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِي ٱلۡيَمِّ نَسۡفًا ﴿97﴾

Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə to­xun­ma­yın, mən də sizə toxun­ma­yım!”– de­məli olacaqsan. Səni həm də qur­tu­la bilmə­yə­cəyin əzab gü­nü göz­ləyir. Sən sitayiş etdiyin məbu­duna bax. Biz onu yan­dı­racaq, sonra da dənizə sovu­ra­cağıq.

20:98

إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَسِعَ كُلَّ شَيۡءٍ عِلۡمٗا ﴿98﴾

Sizin məbudunuz yalnız Özün­dən başqa heç bir haqq mə­bud ol­ma­yan Allah­dır. O, elm ilə hər şeyi əhatə edir”.