quranm◉

Səhifə 319

Range
from 20:99 to 20:113
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

20:99

كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا ﴿99﴾

Beləcə, olub-keçmiş əh­va­latlar­dan sənə danışırıq. Ar­tıq sə­nə Öz tərə­fimiz­dən Zikr vermişik.

20:100

مَّنۡ أَعۡرَضَ عَنۡهُ فَإِنَّهُۥ يَحۡمِلُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وِزۡرًا ﴿100﴾

Ondan üz döndərənlər Qi­yamət günü ağır bir günah yükü da­şıyacaqlar.

20:101

خَٰلِدِينَ فِيهِۖ وَسَآءَ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ حِمۡلٗا ﴿101﴾

Onlar bu vəziyyətdə əbədi qala­caqlar. Qiyamət gü­nü on­la­rın daşı­yaca­ğı yük nə pis yük ola­caqdır!

20:102

يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ وَنَحۡشُرُ ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ زُرۡقٗا ﴿102﴾

O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyər­miş halda bir yerə top­la­yacağıq.

20:103

يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا ﴿103﴾

Onlar öz aralarında pı­çıl­daşıb deyəcəklər: “Dünyada cəmi on gün qal­dınız!”

20:104

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَ إِذۡ يَقُولُ أَمۡثَلُهُمۡ طَرِيقَةً إِن لَّبِثۡتُمۡ إِلَّا يَوۡمٗا ﴿104﴾

Biz onların nə deyə­cək­lərini də yaxşı bilirik. On­ların ən ağıl­lısı: “Dün­yada cə­misi bir gün qaldınız!”– de­yə­cək.

20:105

وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡجِبَالِ فَقُلۡ يَنسِفُهَا رَبِّي نَسۡفٗا ﴿105﴾

Səndən dağlar haq­qın­da soru­şurlar. De: “Rəbbim on­­ları da­ğıdıb ha­vaya sovu­racaq,

20:106

فَيَذَرُهَا قَاعٗا صَفۡصَفٗا ﴿106﴾

oranı boş düzəngaha çe­­virəcək­dir.

20:107

لَّا تَرَىٰ فِيهَا عِوَجٗا وَلَآ أَمۡتٗا ﴿107﴾

Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcək­sən”.

20:108

يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا ﴿108﴾

O gün insanlar heç bir yana meyl etmədən carçının ar­xa­sın­ca yeri­yə­cəklər. Mər­hə­mətli Allahın qarşısında səslər kəsilə­cək və sən yalnız pıçıltı eşi­də­cək­sən.

20:109

يَوۡمَئِذٖ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَرَضِيَ لَهُۥ قَوۡلٗا ﴿109﴾

O gün Mərhəmətli Alla­hın izin verdiyi və söz demə­si­nə ra­zı ol­duğu şəxs­lər­dən baş­qa heç kimin şəfaəti fayda ver­mə­yə­cək­dir.

20:110

يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا ﴿110﴾

Allah onların gələcə­yi­ni də, keç­mişini də bilir. On­la­rın el­mi isə Onu ehtiva edə bil­məz!

20:111

وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا ﴿111﴾

O gün üzlər əbə­di Ya­şa­yan, yara­dılanların Qəyyu­mu olan Allah qar­şısın­da zəlil görkəm alacaq. Günaha ba­tan­lar isə zi­ya­na uğrayacaqlar.

20:112

وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا يَخَافُ ظُلۡمٗا وَلَا هَضۡمٗا ﴿112﴾

Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa mə­ruz qalmaqdan, nə də savabının əksilməsindən qorx­arlar.

20:113

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ قُرۡءَانًا عَرَبِيّٗا وَصَرَّفۡنَا فِيهِ مِنَ ٱلۡوَعِيدِ لَعَلَّهُمۡ يَتَّقُونَ أَوۡ يُحۡدِثُ لَهُمۡ ذِكۡرٗا ﴿113﴾

Beləliklə, Biz onu ərəb­cə Quran olaraq nazil et­dik. Biz ora­da təhdidləri dönə-dönə açıq­ladıq ki, bəlkə, onlar pis əməllə­rindən çə­kinsinlər və ya ibrət al­sınlar.