quranm◉

Səhifə 333

Range
from 22:6 to 22:15
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

22:6

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿6﴾

Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir.

22:7

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ ﴿7﴾

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbir­lərdə olanları di­rildəcəkdir.

22:8

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ ﴿8﴾

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol gös­təricisi və nur saçan bir kitabı olmadan Allah haqqın­da mü­ba­hi­sə edir.

22:9

ثَانِيَ عِطۡفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِۖ لَهُۥ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَنُذِيقُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَذَابَ ٱلۡحَرِيقِ ﴿9﴾

O, başını təkəbbürlə o yan-bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay ola­caq, Qi­yamət günü isə Biz ona Cə­hən­nəm məşəqqətini nəsib edə­cə­yik.

22:10

ذَٰلِكَ بِمَا قَدَّمَتۡ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ ﴿10﴾

Ona deyiləcəkdir: “Bu, əv­vəllər öz törətdiyin əməllə­rin əvə­zi­dir, yoxsa Allah qul­larına əsla zülm edən deyil­dir”.

22:11

وَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ﴿11﴾

İnsanlardan eləsi də var­ ki, Alla­ha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz dön­də­rib küfrə qayıdar. O adam dün­yanı da iti­rər, axi­rəti də. Ger­çək zərər də elə bu­dur.

22:12

يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ ﴿12﴾

O, Allahı tərk edərək özü­nə nə zə­rər, nə də xeyir verə bil­mə­yənə yal­varır. Dərin az­ğınlıq da elə budur.

22:13

يَدۡعُواْ لَمَن ضَرُّهُۥٓ أَقۡرَبُ مِن نَّفۡعِهِۦۚ لَبِئۡسَ ٱلۡمَوۡلَىٰ وَلَبِئۡسَ ٱلۡعَشِيرُ ﴿13﴾

Həm də zərəri xey­rin­dən daha ya­xın olana yalvarır. O nə pis köməkçi, nə pis yol­daş­dır!

22:14

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ﴿14﴾

Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istə­di­yi­ni edər.

22:15

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ ﴿15﴾

Kim Allahın, dünyada və axi­rətdə Öz peyğəmbərinə kö­mək göstər­mə­yəcəyi güma­nın­dadırsa, qoy yuxa­rı­ya – evi­nin tavanına bir ip salıb boy­nu­na keçirsin, sonra da ayağını yerdən üz­sün və gör­sün ki, onun bu hiyləsi, qə­zəbinə sə­bəb olduğu Allahın bu kömə­yinə mane ola bilərmi?