quranm◉

Səhifə 345

Range
from 23:43 to 23:59
Surahs covered
Tərcümə
17 Tərcümə

◉

23:43

مَا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ﴿43﴾

Heç bir ümmət öz əcə­li­ni nə qa­baq­laya bilər, nə də yu­ban­dı­rar.

23:44

ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ ﴿44﴾

Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndərdik. Hər dəfə hər hansı bir üm­mətə pey­ğəmbər gəldikdə, onlar onu ya­lançı say­dı­­lar. Biz də onları bir-biri­nin ardınca məhv edib əf­sa­nə­lərə çe­vir­dik. Məhv ol­sun iman gətirmə­yən­ adamlar!

23:45

ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ﴿45﴾

Sonra Musanı və qar­da­şı Harunu ayələrimizlə və açıq-ay­dın bir dəlillə göndərdik –

23:46

إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمًا عَالِينَ ﴿46﴾

Fironun və onun əyan­la­rı­nın ya­nına. Onlar isə təkəb­bürlük gös­tərdilər. Çünki on­lar özlərini yüksək tutan adam­­lar idilər.

23:47

فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ ﴿47﴾

Onlar dedilər: “Bunların tay­fası bizə kölə olduğu halda, biz özü­müz ki­mi iki adama inana­cağıq?”

23:48

فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلۡمُهۡلَكِينَ ﴿48﴾

Beləliklə, onları yalançı say­dılar və həlak edilənlərdən ol­du­lar.

23:49

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ﴿49﴾

Biz Musaya Kitab ver­dik ki, bəl­kə onlar doğru yola yönəl­sin­lər!

23:50

وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ ﴿50﴾

Biz Məryəm oğlunu və onun ana­sını bir möcüzə et­dik. On­la­rı əlverişli bir yerdə, çeş­mə axan bir təpədə yer­ləş­dir­dik.

23:51

يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ﴿51﴾

Ey elçilər! Halal nemət­lər­dən ye­yin və yaxşı işlər gö­rün! Mən, həqi­qə­tən, sizin nə etdiklə­rinizi bilirəm!

23:52

وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱتَّقُونِ ﴿52﴾

Həqiqətən, bu, vahid bir din ola­raq sizin dininizdir. Mən də si­zin Rəbbi­nizəm. Elə isə Mən­dən qorxun.

23:53

فَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ زُبُرٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ﴿53﴾

Lakin ümmətlər özlərinin dini­ni ara­la­rında parçalayıb fir­qə­­lə­rə bö­­lün­dülər. Hər firqə özün­də olana sevinir.

23:54

فَذَرۡهُمۡ فِي غَمۡرَتِهِمۡ حَتَّىٰ حِينٍ ﴿54﴾

Sən onları bir müddət öz cəhaləti içində burax!

23:55

أَيَحۡسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٖ وَبَنِينَ ﴿55﴾

Yoxsa günahkarlar elə he­sab edir­lər ki, onlara var-döv­lət və öv­lad ver­məklə

23:56

نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ ﴿56﴾

onlara yaxşılıq etməyə tə­ləsirik? Xeyr, onlar bu işin fər­­qinə var­mırlar.

23:57

إِنَّ ٱلَّذِينَ هُم مِّنۡ خَشۡيَةِ رَبِّهِم مُّشۡفِقُونَ ﴿57﴾

Həqiqətən, Rəbbinin qor­xu­sun­dan əsim-əsim əsənlər,

23:58

وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمۡ يُؤۡمِنُونَ ﴿58﴾

Rəbbinin ayələrinə iman gətirən­lər,

23:59

وَٱلَّذِينَ هُم بِرَبِّهِمۡ لَا يُشۡرِكُونَ ﴿59﴾

Rəbbinə şərik qoşma­yan­lar,