quranm◉

Səhifə 346

Range
from 23:60 to 23:74
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

23:60

وَٱلَّذِينَ يُؤۡتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمۡ وَجِلَةٌ أَنَّهُمۡ إِلَىٰ رَبِّهِمۡ رَٰجِعُونَ ﴿60﴾

Rəbbinə qayıdacaqlar de­yə ye­rinə yetirməli olduq­la­rını qəlb­ləri qor­xa-qor­xa yerinə ye­tirənlər –

23:61

أُوْلَـٰٓئِكَ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَهُمۡ لَهَا سَٰبِقُونَ ﴿61﴾

Məhz onlar yaxşı işlər gör­məyə tələsər və bu işlərdə öndə ge­dər­lər.

23:62

وَلَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ وَلَدَيۡنَا كِتَٰبٞ يَنطِقُ بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿62﴾

Biz hər kəsi yalnız qüv­və­si çat­dığı qədər yükləyirik. Ya­nı­mız­da haq­qı deyən bir Ki­tab var­dır. Onlara zülm olun­maz.

23:63

بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ ﴿63﴾

Lakin onların qəlbi bun­dan xə­bər­sizdir. Onların bun­dan əlavə gör­dükləri başqa pis işləri də vardır.

23:64

حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ ﴿64﴾

Nəhayət, onların cah-ca­lal içində yaşayanlarını əzab­la ya­xa­la­dığı­mız za­man fəryad qo­pa­rarlar.

23:65

لَا تَجۡـَٔرُواْ ٱلۡيَوۡمَۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ﴿65﴾

Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiy­yən, Biz si­zə heç bir köməklik gös­tərmə­yəcəyik!”

23:66

قَدۡ كَانَتۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ تَنكِصُونَ ﴿66﴾

Ayələrim sizə oxunur­du, siz isə arxa çevirirdiniz.

23:67

مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ ﴿67﴾

Həm də Kəbə ilə tə­kəb­bürlük edir, gecələr toplanıb ya­ra­maz söz­lər danı­şırdınız.

23:68

أَفَلَمۡ يَدَّبَّرُواْ ٱلۡقَوۡلَ أَمۡ جَآءَهُم مَّا لَمۡ يَأۡتِ ءَابَآءَهُمُ ٱلۡأَوَّلِينَ ﴿68﴾

Məgər kafirlər bu Söz haq­qında düşünmür­lər­mi? Yaxud on­la­­ra ulu baba­­larına gəl­mə­yən bir şey gəldi?

23:69

أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ ﴿69﴾

Yoxsa onlar özlərinə gön­dərilmiş Elçini tanımayıb buna gö­rə də onu in­kar edirlər?

23:70

أَمۡ يَقُولُونَ بِهِۦ جِنَّةُۢۚ بَلۡ جَآءَهُم بِٱلۡحَقِّ وَأَكۡثَرُهُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ ﴿70﴾

Yaxud: “O cinlidir?”– de­yir­lər. Xeyr, o elçi onlara haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu haqqı xoşlamır.

23:71

وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ ﴿71﴾

Əgər haqq onların nəfs­lə­rinin is­təklərinə tabe olsaydı, göy­lər, yer və on­larda olanlar fəsada uğrayardı. Doğru­su, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə öz­lərinə verilən Zikrdən üz döndə­rir­lər.

23:72

أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿72﴾

Yoxsa sən onlardan bir mü­kafat istəyirsən? Rəbbinin müka­fa­tı daha xe­yirlidir. O, ru­zi verən­lərin ən yaxşı­sı­dır!

23:73

وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿73﴾

Sən, həqiqətən də, on­la­rı doğru yola çağırırsan.

23:74

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ ﴿74﴾

Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.