quranm◉

Səhifə 352

Range
from 24:21 to 24:27
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

24:21

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ وَمَن يَتَّبِعۡ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِ فَإِنَّهُۥ يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۚ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنۡ أَحَدٍ أَبَدٗا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّي مَن يَشَآءُۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ﴿21﴾

Ey iman gətirənlər! Şey­ta­nın izi ilə getməyin. Kim şey­tanın izi ilə getsə, bilsin ki, o şey­tan iyrənc və yaramaz iş­lər gör­məyi əmr edir. Əgər Allahın si­zə lütfü və mərhə­məti olma­saydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. La­kin Allah istədiyini təmizə çı­xar­dır. Allah hər şeyi eşidəndir, hər şeyi bi­ləndir.

24:22

وَلَا يَأۡتَلِ أُوْلُواْ ٱلۡفَضۡلِ مِنكُمۡ وَٱلسَّعَةِ أَن يُؤۡتُوٓاْ أُوْلِي ٱلۡقُرۡبَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱلۡمُهَٰجِرِينَ فِي سَبِيلِ ٱللَّهِۖ وَلۡيَعۡفُواْ وَلۡيَصۡفَحُوٓاْۗ أَلَا تُحِبُّونَ أَن يَغۡفِرَ ٱللَّهُ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٌ ﴿22﴾

Qoy aranızda olan fəzi­lət və sər­vət sahibləri qohum­lara, mis­kin­lərə və Allah yo­lun­da hic­rət edənlərə heç bir şey ver­mə­yə­cək­lərinə and iç­mə­sin­lər. Qoy əfv edib bağış­lasınlar. Məgər siz Alla­­hın sizi ba­ğış­la­masını istə­mirsinizmi? Allah Bağışlayandır, Rəhm­lidir.

24:23

إِنَّ ٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡغَٰفِلَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ لُعِنُواْ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ﴿23﴾

Murdar əməldən xəbəri ol­mayan is­mətli mömin qa­dın­la­rı zi­na­da günah­landıranlar dün­yada və axirətdə lənə­tə düçar olarlar. On­ları böyük bir əzab göz­ləyir –

24:24

يَوۡمَ تَشۡهَدُ عَلَيۡهِمۡ أَلۡسِنَتُهُمۡ وَأَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿24﴾

o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barə­sin­də onların əley­hinə şə­hadət verəcəkdir.

24:25

يَوۡمَئِذٖ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلۡحَقَّ وَيَعۡلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ ٱلۡمُبِينُ ﴿25﴾

O gün Allah onlara öz­lə­rinə la­yiq cəzanı tam verəcək və on­lar Allahın Aydın Haqq oldu­ğunu biləcəklər.

24:26

ٱلۡخَبِيثَٰتُ لِلۡخَبِيثِينَ وَٱلۡخَبِيثُونَ لِلۡخَبِيثَٰتِۖ وَٱلطَّيِّبَٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَٰتِۚ أُوْلَـٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَۖ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿26﴾

Murdar qadınlar mur­dar kişilərə, murdar kişilər isə mur­dar qa­dın­lara, elə­cə də təmiz qadınlar təmiz kişilərə, tə­miz kişilər də tə­miz qa­dın­lara la­yiq­dir­lər. Bun­lar ifti­ra­çıların söy­lədiklə­rindən uzaq­dırlar. On­la­rı bağışlanma və bolluca ruzi göz­ləyir.

24:27

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ بُيُوتِكُمۡ حَتَّىٰ تَسۡتَأۡنِسُواْ وَتُسَلِّمُواْ عَلَىٰٓ أَهۡلِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿27﴾

Ey iman gətirənlər! Öz­gə evlərə icazə almadan və on­ların sa­kin­lərinə sa­lam vermə­dən gir­məyin. Bu sizin üçün daha yax­şı­dır. Bəlkə, düşünüb ibrət ala­­sınız.