quranm◉

Səhifə 353

Range
from 24:28 to 24:31
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

24:28

فَإِن لَّمۡ تَجِدُواْ فِيهَآ أَحَدٗا فَلَا تَدۡخُلُوهَا حَتَّىٰ يُؤۡذَنَ لَكُمۡۖ وَإِن قِيلَ لَكُمُ ٱرۡجِعُواْ فَٱرۡجِعُواْۖ هُوَ أَزۡكَىٰ لَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ﴿28﴾

Əgər orada heç kəsi tap­masanız, sizə izin veril­məyin­cə ora­ gir­məyin. Sizə: “Qa­yı­dın!”– deyilsə, qayıdın. Bu si­zin üçün da­ha təmiz­dir. Allah nə et­diklə­rinizi bilir.

24:29

لَّيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ مَسۡكُونَةٖ فِيهَا مَتَٰعٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ ﴿29﴾

İstifadə edə biləcəyiniz və yaşa­yış üçün olmayan ev­lə­rə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir. Allah sizin aş­kara çıxar­dığınızı da, gizlində sax­ladı­ğınızı da bilir.

24:30

قُل لِّلۡمُؤۡمِنِينَ يَغُضُّواْ مِنۡ أَبۡصَٰرِهِمۡ وَيَحۡفَظُواْ فُرُوجَهُمۡۚ ذَٰلِكَ أَزۡكَىٰ لَهُمۡۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا يَصۡنَعُونَ ﴿30﴾

Mömin kişilərə de ki, ha­rama bax­ma­yıb gözlərini aşağı dik­sin­lər və cin­siy­yət üzv­lə­ri­ni zi­nadan qorusunlar. Bu on­lar üçün da­ha təmiz olar. Şüb­həsiz ki, Allah onların nə et­dik­lərindən xə­bər­dar­dır.

24:31

وَقُل لِّلۡمُؤۡمِنَٰتِ يَغۡضُضۡنَ مِنۡ أَبۡصَٰرِهِنَّ وَيَحۡفَظۡنَ فُرُوجَهُنَّ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنۡهَاۖ وَلۡيَضۡرِبۡنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّۖ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوۡ ءَابَآئِهِنَّ أَوۡ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوۡ أَبۡنَآئِهِنَّ أَوۡ أَبۡنَآءِ بُعُولَتِهِنَّ أَوۡ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ أَخَوَٰتِهِنَّ أَوۡ نِسَآئِهِنَّ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيۡرِ أُوْلِي ٱلۡإِرۡبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفۡلِ ٱلَّذِينَ لَمۡ يَظۡهَرُواْ عَلَىٰ عَوۡرَٰتِ ٱلنِّسَآءِۖ وَلَا يَضۡرِبۡنَ بِأَرۡجُلِهِنَّ لِيُعۡلَمَ مَا يُخۡفِينَ مِن زِينَتِهِنَّۚ وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿31﴾

Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar. Qoy onlar – gö­rünənlər is­tisna ol­maqla, zinət­lərini naməh­rə­mə göstər­məsinlər; ör­tüklərini ya­xalarının üs­tü­nə sal­sınlar; zi­nət­lərini ərlərindən, ya­xud ata­la­rından, yaxud ərlərinin atala­rından, yaxud öz oğul­ların­dan, yaxud ərlərinin oğullarından, yaxud qardaş­la­rından, yaxud qar­daşla­rı­nın oğulla­rın­dan, ya­xud bacıları­nın oğullarından, ya­xud öz müsəl­man qadınla­rın­dan, yaxud sahib olduqları kö­lə­lər­dən, yaxud ehti­rasını itir­miş kişi xidmət­çilərdən, ya­xud qa­dın­la­rın çılpaqlığını hələ an­lamayan uşaqlardan başqa­sına gös­tər­mə­sin­lər; gizlətdik­ləri zi­nət əşyaları bilinsin deyə ayaq­larını yerə vu­ra-vura yeri­mə­sin­lər. Ey iman gətirənlər! Hamı­nız Allaha tövbə edin ki, bəlkə nicat tapa­sınız.