quranm◉

Səhifə 376

Range
from 26:207 to 26:227
Surahs covered
Tərcümə
21 Tərcümə

◉

26:207

مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ ﴿207﴾

onlara nəsib olmuş fi­ra­vanlıq, əzabımızı onlardan dəf edə bil­məz.

26:208

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ﴿208﴾

Biz heç bir kəndi onu xə­bərdar edənlər olmadan məhv et­mə­dik.

26:209

ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ ﴿209﴾

Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün gön­dər­dik. Biz əsla zalım olma­mışıq!

26:210

وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ ﴿210﴾

Quranı şeytanlar endir­mədi.

26:211

وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ ﴿211﴾

Onlar buna layiq deyil­lər və heç bunu bacarmazlar da.

26:212

إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ ﴿212﴾

Çünki onlar vəhyə qu­laq asmaq­dan kənar edilmiş­dilər.

26:213

فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ ﴿213﴾

Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yox­sa əzaba düçar edilən­lər­dən olarsan.

26:214

وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ ﴿214﴾

Ən yaxın qohumlarını qorxut!

26:215

وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿215﴾

Sənə tabe olan mömin­ləri qana­dının altına al (onlara qarşı tə­vazö­kar ol)!

26:216

فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ ﴿216﴾

Əgər onlar sənə asi ol­sa­lar, de: “Şüb­­həsiz ki, mən si­zin et­di­yiniz əməl­lərdən uza­ğam!”

26:217

وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ﴿217﴾

Qüdrətli və Rəhmli ola­n Allaha tə­vək­kül et!

26:218

ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ ﴿218﴾

O səni namaza du­ran­da da gö­rür,

26:219

وَتَقَلُّبَكَ فِي ٱلسَّـٰجِدِينَ ﴿219﴾

səcdə edənlər içində hə­rəkət edəndə də.

26:220

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿220﴾

Həqiqətən də, O, Eşi­dəndir, Bi­ləndir!

26:221

هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ ﴿221﴾

Şeytanların kimə nazil olduq­la­rını sizə xəbər ve­rim­mi?

26:222

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ ﴿222﴾

Onlar hər bir yalançıya və gü­nahkara nazil olarlar.

26:223

يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ ﴿223﴾

Şeytanlar vəhydən eşit­diklərini ka­­­hinlərə təlqin edir­lər. Hal­bu­ki onların ək­səriyyəti ya­lançıdır!

26:224

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ ﴿224﴾

Şairlərə gəldikdə isə, on­lara an­caq azmışlar uyar.

26:225

أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ ﴿225﴾

Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gə­zir (hər möv­zu­da şer uydurur)

26:226

وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ ﴿226﴾

və etmədikləri şeylərdən danışırlar?

26:227

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ ﴿227﴾

Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsız­lığa məruz qaldıqdan sonra İslam dinini müdafiə edənlərdən başqa. Zalım­lar isə qayıdacaqları yeri mütləq bilə­cəklər.