quranm◉

Səhifə 375

Range
from 26:184 to 26:206
Surahs covered
Tərcümə
23 Tərcümə

◉

26:184

وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ ﴿184﴾

Sizi və əvvəlki nəsilləri Yara­dan­dan qorxun!”

26:185

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ﴿185﴾

Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən.

26:186

وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ ﴿186﴾

Sən də bizim kimi an­caq bir in­sansan. Biz səni yalan­çı­lar­dan biri he­sab edirik.

26:187

فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿187﴾

Əgər doğru danışan­lar­dan­san­sa, göyün bir parça­sını üs­tü­mü­zə en­dir”.

26:188

قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ﴿188﴾

Şueyb dedi: “Rəbbim si­zin nələr etdiyinizi daha yaxşı bi­lir”.

26:189

فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ ﴿189﴾

Onlar isə onu yalançı saydılar və buna görə də köl­gə­li gü­nün əzabı on­ları yaxa­ladı. Həqiqətən, o, böyük bir gü­nün əzabı idi.

26:190

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿190﴾

Şübhəsiz ki, bunda bir ibrət var­. Lakin onların ək­sə­riy­yə­ti iman gətir­mədi.

26:191

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿191﴾

Həqiqətən, sənin Rəb­bin Qüd­rət­lidir, Rəhmlidir.

26:192

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿192﴾

Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir.

26:193

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ ﴿193﴾

Onu sadiq ruh Cəb­rail endir­di –

26:194

عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ ﴿194﴾

sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan.

26:195

بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ ﴿195﴾

Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi.

26:196

وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ ﴿196﴾

Şübhəsiz ki, o, keçmiş üm­mət­lə­rin kitablarında da xa­tır­la­nır.

26:197

أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَـٰٓؤُاْ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿197﴾

Məgər İsrail oğulların­dan olan alimlərin onu bilmə­lə­ri bun­lar üçün bir dəlil de­yil­mi?

26:198

وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ ﴿198﴾

Əgər Biz onu ərəb ol­ma­yan­lar­dan birinə nazil et­səy­dik

26:199

فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ ﴿199﴾

və o, bunu onlara oxu­saydı, ye­nə də ona iman gətir­məz­di­lər.

26:200

كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ﴿200﴾

Biz küfrü günahkar­la­rın qəlbinə belə salarıq.

26:201

لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ﴿201﴾

Onlar ağrılı-acılı əzabı gör­məyə­nə­dək ona inanmaz­lar.

26:202

فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿202﴾

O əzab onlara özləri də hiss et­mədən qəflətən gələcək­.

26:203

فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ ﴿203﴾

Onlar deyəcəklər: “Bi­zə möhlət veriləcəkmi?”

26:204

أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ﴿204﴾

Yenədəmi əzabımızın tez gəl­mə­sini istəyirlər?

26:205

أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ ﴿205﴾

Bilirsənmi, əgər onlara illərcə fi­ravanlıq nəsib etsək,

26:206

ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ ﴿206﴾

sonra vəd olunduqları əzab on­la­ra yetişsə,