quranm◉

Səhifə 386

Range
from 28:6 to 28:13
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

28:6

وَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ ﴿6﴾

yer üzündə onlara hökm­ranlıq bəxş edək, Firona, Ha­ma­na və onların əsgərlərinə qor­xub çəkindikləri şeyi gös­tərək.

28:7

وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ ﴿7﴾

Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorx­duq­da isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sə­nə qay­ta­­racaq və onu elçi­lə­ri­mizdən biri edəcəyik”– deyə vəhy etdik.

28:8

فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ ﴿8﴾

Fironun ailəsi onu tapıb gö­tür­dü­ ki, axırda onlara düş­mən və başlarına bəla ol­sun. Hə­qiqətən, Firon, Haman və on­la­rın əs­gər­ləri günahkar idi­lər.

28:9

وَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٖ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿9﴾

Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sə­nin üçün gözay­dın­lı­ğıdır. Onu öl­dürməyin. Ola bilsin ki, o bizə bir fay­da verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonu­nu bilmirdilər.

28:10

وَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿10﴾

Musanın anasının ürəyi boş qal­mışdı (övlad dərdindən baş­qa heç bir şey haqda dü­şün­mürdü). Əgər Biz, və­dimizə ina­nan­lar­dan olsun deyə, onun qəl­binə səbir ver­məsəydik, az qa­la gör­düyü işi açıb bildi­rə­cəkdi.

28:11

وَقَالَتۡ لِأُخۡتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتۡ بِهِۦ عَن جُنُبٖ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿11﴾

Anası onun bacısına: “Onun da­lınca get!”– dedi. O da heç ki­mə hiss et­dirmədən kə­nardan Musaya göz qoyur­du.

28:12

وَحَرَّمۡنَا عَلَيۡهِ ٱلۡمَرَاضِعَ مِن قَبۡلُ فَقَالَتۡ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰٓ أَهۡلِ بَيۡتٖ يَكۡفُلُونَهُۥ لَكُمۡ وَهُمۡ لَهُۥ نَٰصِحُونَ ﴿12﴾

Daha öncə Biz ona öz ana­sından başqa bütün süd ana­la­rı­nın döşü­nü əmməyi qadağan etmişdik. Musa­nın ba­cısı dedi: “Si­zin üçün onun qay­ğı­sına qalacaq və ona qarşı xe­yirxah ola­caq bir ailəni sizə gös­tərimmi?”

28:13

فَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿13﴾

Beləliklə, Biz onu öz ana­sına qay­tardıq ki, gözü ay­dın ol­sun, kədər­lən­məsin və Alla­hın vədinin haqq oldu­ğu­nu bil­sin. La­kin onla­rın çoxu bunu bil­mir.