quranm◉

Səhifə 387

Range
from 28:14 to 28:21
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

28:14

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿14﴾

Musa yetkinləşib kamil­lik döv­rü­nə çatdıqda Biz ona hökm­ran­lıq (pey­ğəm­bərlik) və elm əta etdik. Biz xe­yir­xah iş­lər görənləri be­lə mükafat­lan­dı­rı­rıq.

28:15

وَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٖ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوّٞ مُّضِلّٞ مُّبِينٞ ﴿15﴾

O, şəhərə əhalisi xəbər­siz ikən da­xil oldu və orada bir-biri ilə vu­ruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düş­mənlə­rindən idi. Tə­rəfdar­la­rından olan kəs onu düş­məninə qar­şı köməyə ça­ğır­dı. Musa onu vurub öl­dür­dü və: “Bu, şeytan əmə­lindəndir. Həqi­qə­tən, o, haqq yoldan az­dı­ran açıq-aydın bir düş­mən­dir!”– dedi.

28:16

قَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿16﴾

Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı. Həqiqətən, O, Bağışla­yan­dır, Rəhm­li­dir.

28:17

قَالَ رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرٗا لِّلۡمُجۡرِمِينَ ﴿17﴾

Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara ar­xa olmayacağam!”

28:18

فَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفٗا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيّٞ مُّبِينٞ ﴿18﴾

Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıx­dı. Bir­dən dü­nən onu kö­məyə çağıran kəs yenə fər­yad qopa­rıb onu kö­məyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yo­lunu az­mışın biri­sən!”– dedi.

28:19

فَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوّٞ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارٗا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ ﴿19﴾

Musa ikisinin də düş­mə­ni olan kəsi (misirlini) ya­xa­la­maq is­tə­dikdə o dedi: “Ey Mu­sa! Sən dünən birini vu­rub öl­dürdüyün ki­mi, məni də öl­dür­mək­mi istəyirsən? Sən yer üzün­də ancaq bir zülm­kar ol­maq is­təyirsən. Sən islah edən­lərdən olmaq istə­mir­sən”.

28:20

وَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ ﴿20﴾

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Za­dəganlar səni öldür­mək barəsində məşvərət edir­­lər. Çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdənəm!”

28:21

فَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿21﴾

Musa qorxu içində ətra­fa baxa-baxa oradan çıxıb: “Ey Rəb­bim! Məni zalım adamla­rın əlindən qurtar!”– de­di.