quranm◉

Səhifə 389

Range
from 28:29 to 28:35
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

28:29

فَلَمَّا قَضَىٰ مُوسَى ٱلۡأَجَلَ وَسَارَ بِأَهۡلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارٗاۖ قَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ جَذۡوَةٖ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمۡ تَصۡطَلُونَ ﴿29﴾

Musa müddətini başa vu­rub ailəsi ilə birlikdə yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: “Da­ya­nın! Mən bir od gör­düm. Mən ondan sizə bir xəbər və ya bir köz gə­ti­rə­rəm ki, qızına­sınız”.

28:30

فَلَمَّآ أَتَىٰهَا نُودِيَ مِن شَٰطِيِٕ ٱلۡوَادِ ٱلۡأَيۡمَنِ فِي ٱلۡبُقۡعَةِ ٱلۡمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّيٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿30﴾

Musa oraya gəlib çat­dıq­da sağ tərə­findəki vadinin ya­xın­lı­ğın­da olan müba­rək yer­də­ki ağac tərəfdən ona nida gəl­di: “Ey Mu­sa! Aləm­lə­rin Rəbbi olan Allah Mənəm!

28:31

وَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ ﴿31﴾

Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını görüb, ge­ri­yə belə bax­ma­dan dönüb qaç­mağa başladı. Allah dedi: “Ey Musa! Ya­xın gəl, qorx­ma! Sən əmin-amanlıqda olanlardan­san!

28:32

ٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ﴿32﴾

Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qor­xu keçib get­sin deyə əlini özünə sıx. Bu, Firona və onun əyan­la­rına qarşı sənin Rəb­bin­dən olan iki tutarlı də­lildir. Hə­qiqətən, on­lar fasiq adam­lar­dır”.

28:33

قَالَ رَبِّ إِنِّي قَتَلۡتُ مِنۡهُمۡ نَفۡسٗا فَأَخَافُ أَن يَقۡتُلُونِ ﴿33﴾

Musa dedi: “Ey Rəbbim! Mən on­lardan birini öldürmü­şəm, qor­xuram ki, onlar da mə­ni öldürələr.

28:34

وَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانٗا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءٗا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿34﴾

Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, de­dik­lərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlik­də göndər. Mən, həqiqətən də, on­ların məni yalançı sayacaq­larından qor­xu­ram”.

28:35

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجۡعَلُ لَكُمَا سُلۡطَٰنٗا فَلَا يَصِلُونَ إِلَيۡكُمَا بِـَٔايَٰتِنَآۚ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلۡغَٰلِبُونَ ﴿35﴾

Allah dedi: “Biz səni qar­daşınla qüv­vətləndirəcək, iki­nizə də dəlil verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Möcüzələri­miz sa­yə­sin­də siz və sizə tabe olan­lar mütləq qalib gə­ləcəksiniz”.