quranm◉

Səhifə 388

Range
from 28:22 to 28:28
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

28:22

وَلَمَّا تَوَجَّهَ تِلۡقَآءَ مَدۡيَنَ قَالَ عَسَىٰ رَبِّيٓ أَن يَهۡدِيَنِي سَوَآءَ ٱلسَّبِيلِ ﴿22﴾

O, Mədyən tərəfə yol­la­ndı və: “Ola bilsin ki, Rəbbim mə­nə doğ­ru yolu gös­tərsin!”– de­di.

28:23

وَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةٗ مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٞ كَبِيرٞ ﴿23﴾

O, Mədyən sulağına gə­lib çatan­da quyunun yanında hey­van­larına su verən adamlar gör­dü. Onların yaxın­lı­ğında da qo­yun­la­rını o biri heyvanlar­dan geri çə­kən iki qız görüb: “Sizə nə olub?”– de­di. Onlar dedi­lər: “Ço­banlar heyvanlarını sürüb apar­mamış biz qo­­yunla­rımıza su verə bilmirik. Ata­mız da çox qoca­dır”.

28:24

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ ﴿24﴾

Musa onların yerinə qo­yunlara su verdi, sonra da köl­gəyə çə­ki­lib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xey­rə eh­ti­ya­cım var!”

28:25

فَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٖ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿25﴾

Bir qədər sonra qızlar­dan biri utana-utana onun yanına gə­lib de­di: “Atam bi­zim yeri­mi­zə qoyunları sulamağının haq­qını ödə­mək­dən ötrü səni ça­ğı­rır”. Mu­sa onun yanına gəlib başına gələn əh­va­­la­tı ona danış­dıqda o dedi: “Qorxma! Sən za­lım adam­ların əlin­dən xilas ol­mu­san!”

28:26

قَالَتۡ إِحۡدَىٰهُمَا يَـٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ ﴿26﴾

Qızlardan biri dedi: “Ata­can! Onu muzdla işə götür, çünki o, muzd­la işə götür­dük­lərinin ən yaxşısı, güclü və eti­barlı ola­nı­dır”.

28:27

قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿27﴾

Şueyb dedi: “Səkkiz il mə­nə işlə­mək şərti ilə qızla­rım­dan bi­ri­ni sənə ərə vermək istəyi­rəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Mən sənə əziyyət vermək is­tə­­mi­rəm. Allah qoy­sa mənim əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən”.

28:28

قَالَ ذَٰلِكَ بَيۡنِي وَبَيۡنَكَۖ أَيَّمَا ٱلۡأَجَلَيۡنِ قَضَيۡتُ فَلَا عُدۡوَٰنَ عَلَيَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ ﴿28﴾

Musa dedi: “Bu, ikimi­zin ara­sın­da olan razılıqdır. Bu iki müd­dət­dən han­sını başa çat­dırsam, mənə qarşı haqsız­lıq ol­mamalıdır. Allah da dedi­yi­mizə Vəkildir!”