quranm◉

Səhifə 390

Range
from 28:36 to 28:43
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

28:36

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا سِحۡرٞ مُّفۡتَرٗى وَمَا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ﴿36﴾

Musa onların yanına açıq-aydın dəlillərimizlə gəl­dikdə on­lar: “Bu an­caq uydu­rulmuş bir sehrdir. Biz ulu ba­baları­mızdan be­lə bir şey eşitmə­mi­şik”– dedilər.

28:37

وَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ ﴿37﴾

Musa dedi: “Rəbbim Öz tərəfin­dən kimin doğru yolu gös­tə­rən rəhbər gətirdiyini və Axi­rət yurdu­nun kimə nə­sib olaca­ğını da­ha yaxşı bilir. Şüb­həsiz ki, zalımlar nicat tap­maz­lar!”

28:38

وَقَالَ فِرۡعَوۡنُ يَـٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي فَأَوۡقِدۡ لِي يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجۡعَل لِّي صَرۡحٗا لَّعَلِّيٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿38﴾

Firon dedi: “Ey əyanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün palçı­ğın üzə­rində od qa­la və bir qüllə düzəlt ki, Musanın məbudu­nun yanı­na qal­xım. Mən, hə­qi­qə­tən də, onu yalançı­lardan hesab edirəm.

28:39

وَٱسۡتَكۡبَرَ هُوَ وَجُنُودُهُۥ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمۡ إِلَيۡنَا لَا يُرۡجَعُونَ ﴿39﴾

Firon və onun əsgərləri yer üzün­də haqsız yerə təkəb­bür gös­tərdilər və elə güman etdilər ki, hüzurumuza qay­ta­rıl­ma­ya­caq­lar.

28:40

فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّـٰلِمِينَ ﴿40﴾

Biz də onu və onun əs­gər­lərini tu­tub dənizə atdıq. Bax gör za­lım­ların aqi­bəti necə oldu.

28:41

وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ ﴿41﴾

Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kö­­mək edilməyəcəkdir.

28:42

وَأَتۡبَعۡنَٰهُمۡ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ هُم مِّنَ ٱلۡمَقۡبُوحِينَ ﴿42﴾

Bu dünyada onları lənə­tə düçar etdik. Qiyamət günü isə on­lar Allahın rəhmətindən qo­vulmuş kimsələrdən ola­caqlar.

28:43

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِ مَآ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ ٱلۡأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿43﴾

Biz əvvəlki nəsilləri məhv etdik­dən sonra Musaya insan­lar üçün açıq-aydın dəlillər, doğ­ru yol göstəricisi və rəhmət ola­raq Ki­tab verdik ki, bəlkə, dü­şünüb ibrət alsınlar.