quranm◉

Səhifə 391

Range
from 28:44 to 28:50
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

28:44

وَمَا كُنتَ بِجَانِبِ ٱلۡغَرۡبِيِّ إِذۡ قَضَيۡنَآ إِلَىٰ مُوسَى ٱلۡأَمۡرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ ﴿44﴾

Biz Musaya əmri yerinə yetir­mə­yi tapşırdıqda sən da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din.

28:45

وَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونٗا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيٗا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ ﴿45﴾

Lakin Biz Musadan sonra neçə-neçə nəsil yarat­dıq və on­lar uzun ömür sürdü­lər. Sən Mədyən sakinləri ara­sında olub ayə­lə­rimizi onlara oxu­mur­dun. Lakin elçiləri Biz göndəririk.

28:46

وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذۡ نَادَيۡنَا وَلَٰكِن رَّحۡمَةٗ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿46﴾

Biz Musanı çağırdığımız zaman da sən Tur dağının yanında de­yil­din. Lakin səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı xəbər­dar edəsən deyə, Rəbbin­dən bir mər­hə­mət ola­raq səni pey­ğəmbər göndərdik ki, bəlkə, dü­şünüb anlayalar.

28:47

وَلَوۡلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَيَقُولُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿47﴾

Özlərinin etdikləri əməl­lərə görə onlara bir müsibət üz ver­dik­də: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər gön­dərmədin ki, biz də Sənin ayə­lərinə tabe olub möminlərdən olaq?”– demə­səy­dilər, səni pey­ğəmbər göndərməzdik.

28:48

فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ ﴿48﴾

Bizim tərəfimizdən on­lara haqq gəldikdə onlar: “Nə üçün Mu­saya veri­lənin bən­zə­ri ona da verilmədi?”– de­dilər. Məgər on­lar daha öncə Musa­ya veriləni inkar etməmiş­di­lər­mi? Onlar de­miş­dilər: “Bir-bi­rini dəs­təkləyən iki sehr (Töv­rat və Quran)!” Həm­çinin de­mişdi­lər: “Biz heç birinə inan­mırıq!”

28:49

قُلۡ فَأۡتُواْ بِكِتَٰبٖ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿49﴾

De: “Əgər doğru deyir­si­nizsə, Allah tərəfindən elə bir Kitab gə­tirin ki, bu ikisindən daha doğru yol gös­tərən bir rəh­bər olsun və mən də ona ta­be olum!”

28:50

فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿50﴾

Əgər sənə cavab vermə­sələr, bil ki, onlar nəfslərinin is­tək­lə­ri­nə uymuş­lar. Allah­dan bir doğru yol göstəricisi gəl­məyincə öz nəf­sinin is­təyinə uyan­dan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yö­nəltməz.