quranm◉

Səhifə 392

Range
from 28:51 to 28:59
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

28:51

وَلَقَدۡ وَصَّلۡنَا لَهُمُ ٱلۡقَوۡلَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿51﴾

Biz Sözü onlara çatdır­dıq ki, dü­şünüb ibrət alsın­lar.

28:52

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ مِن قَبۡلِهِۦ هُم بِهِۦ يُؤۡمِنُونَ ﴿52﴾

Qurandan əvvəl özlərinə Kitab ver­diyimiz kəslər ona iman gə­tirirlər.

28:53

وَإِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبۡلِهِۦ مُسۡلِمِينَ ﴿53﴾

Onlara Quran oxundu­ğu zaman: “Biz ona iman gətir­dik. O, hə­qi­qətən də, Rəbbimizdən olan haqdır. Biz on­dan əvvəl də mü­səl­man idik!”– deyir­lər.

28:54

أُوْلَـٰٓئِكَ يُؤۡتَوۡنَ أَجۡرَهُم مَّرَّتَيۡنِ بِمَا صَبَرُواْ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿54﴾

Səbir etdiklərinə görə on­lara mü­kafatları ikiqat veri­lə­cək. On­lar pis­li­yi yaxşı­lıqla dəf edir və özlərinə ver­di­yi­miz ru­zi­dən Allah yolunda xərclə­yir­lər.

28:55

وَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ ﴿55﴾

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bi­zim əməl­lərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam ol­sun! Biz cahillərə qo­şul­maq istəmirik!”– deyirlər.

28:56

إِنَّكَ لَا تَهۡدِي مَنۡ أَحۡبَبۡتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ﴿56﴾

Şübhəsiz ki, sən istədi­yi­ni doğru yola yönəldə bil­məz­sən. Am­ma Allah istədi­yini doğ­ru yola yönəldir. O, doğ­ru yolda olan­la­rı daha yaxşı tanıyır.

28:57

وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿57﴾

Kafirlər dedilər: “Əgər biz sənin­lə birlikdə doğru yol­la get­sək, yur­du­muzdan qo­vu­la­rıq”. Məgər Biz onları Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi, müqəd­dəs, təhlü­kəsiz bir yer­də yer­ləşdirmədikmi? La­kin onların çoxu bunu bilmir.

28:58

وَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلٗاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ ﴿58﴾

Biz xoş güzəranı ilə qür­rələnən neçə-neçə şəhəri məhv et­dik. Bu­dur onların yurdları. Özlərindən sonra bə­zilərindən başqa ora­da heç kəs sakin ol­madı. Onlara Biz varis olduq.

28:59

وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ ﴿59﴾

Sənin Rəbbin şəhərlər­dən ən mü­hüm olanına, özlə­rinə ayə­lə­ri­­mizi oxu­yan bir elçi gön­dərməmiş o şəhərləri məhv et­mədi. Biz yal­­nız əhalisi zalım olan şəhərləri məhv etdik.