quranm◉

Səhifə 399

Range
from 29:24 to 29:30
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

29:24

فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿24﴾

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yan­dı­rın!”– demə­ləri oldu. La­kin Allah onu oddan qoru­du. Doğrudan da, bunda mömin adam­lar üçün ibrətlər var.

29:25

وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ ﴿25﴾

İbrahim dedi: “Siz ara­nız­da ancaq dünya həyatına bəs­lə­di­yi­niz vurğun­lu­ğa görə Alla­hı qoyub bütlərə pərəstiş et­di­niz. Sonra isə Qiyamət günü bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yar­dım edə bilən kəslər də tapa bil­məyə­cəksi­niz”.

29:26

فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿26﴾

Lut ona iman gətirdi. İb­rahim de­di: “Mən Rəbbimin ya­nına (əmr etdiyi Şam diya­rına) hicrət edirəm. Həqi­qə­tən, O, Qüd­rət­li­dir, Hikmət sahibidir”.

29:27

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿27﴾

Biz ona İshaqı və Yə­qu­bu ba­ğış­ladıq. Onun nəslinə pey­ğəm­bərlik və Kitab bəxş etdik. Dünyada onun müka­fatı­nı ver­dik. Şüb­həsiz ki, o, axirətdə əmə­li­salehlərdən olacaqdır!

29:28

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ ﴿28﴾

Lutu da xatırla! Bir za­man o öz qövmünə belə de­mişdi: “Doğ­rudan da, siz özü­nüzdən əvvəlki aləmlərdən heç kəsin et­mə­di­yi iyrənc bir iş tu­tursunuz.

29:29

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿29﴾

Doğrudanmı, siz şəhvətlə kişi­lərə yaxınlaşır, yol kəsir və məclislə­ri­nizdə bir-bi­rinizlə murdar işlər görür­sü­nüz?” Qöv­münün ca­vabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bi­zə Allahın əza­bını gətir!”– de­mə­ləri oldu.

29:30

قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ ﴿30﴾

Lut dedi: “Ey Rəbbim! Fitnə-fə­sad törədən qövmün əley­hi­nə mənə kömək et!”