quranm◉

Səhifə 400

Range
from 29:31 to 29:38
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

29:31

وَلَمَّا جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُوٓاْ إِنَّا مُهۡلِكُوٓاْ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِۖ إِنَّ أَهۡلَهَا كَانُواْ ظَٰلِمِينَ ﴿31﴾

Elçilərimiz İbrahimə müj­də gə­tirdikləri zaman dedi­lər: “Biz bu şə­hə­rin sakinlərini məhv edəcəyik. Həqi­qə­tən, ora­nın sa­kinləri za­lım­lardır”.

29:32

قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ﴿32﴾

İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz ora­da ki­min oldu­ğu­nu yaxşı bili­rik. Biz onu da, onun ailə­si­ni də mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalan­lar­dan ola­­caq”.

29:33

وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ﴿33﴾

Elçilərimiz Lutun yanı­na gəl­dik­də o, onlara görə kədər­ləndi və ürəyi sı­xıldı. Onlar de­dilər: “Qorxma və kə­dərlən­mə! Biz səni və sə­nin ailəni xilas edəcəyik. Yalnız arvadın­dan başqa. O, geridə qa­lan­lar­dan olacaq.

29:34

إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ﴿34﴾

Biz günah əməllər törət­diklərinə görə bu şəhərin sa­kin­lə­ri­nin üstünə göy­dən əzab endirəcəyik”.

29:35

وَلَقَد تَّرَكۡنَا مِنۡهَآ ءَايَةَۢ بَيِّنَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿35﴾

Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-ay­dın bir əlamət saxladıq.

29:36

وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿36﴾

Mədyən əhalisinə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.

29:37

فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ﴿37﴾

Onlar isə onu yalançı say­dılar. Bu­na görə də onları qor­xunc səs­li bir zəl­zə­lə yaxa­ladı və onlar öz evlərin­də üzü­qoy­lu düşüb qal­dılar.

29:38

وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ ﴿38﴾

Ad və Səmud qövmünü də məhv etdik. Bu, onların məskən­lərin­dən si­zə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstə­rib onları haqq yoldan çıxart­dı. Halbuki onlar gözüaçıq adam­lar idilər.