quranm◉

Səhifə 401

Range
from 29:39 to 29:45
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

29:39

وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ ﴿39﴾

Qarunu, Fironu və Ha­manı da məhv etdik. Həqiqə­tən, Musa on­lara ay­dın dəlillər gə­tirdi. Onlar isə yer üzün­də tə­kəbbürlük et­di­lər və axırda əza­bı­mızdan qaça bilmədilər.

29:40

فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿40﴾

Biz hər birini öz güna­hı­na görə yaxaladıq. Onlardan ki­mi­si­nin üstünə qasırğa ilə bir­gə daşlar göndərdik, kimi­si­ni qor­xunc səs ya­xaladı, ki­misini yerə ba­tırdıq, kimisini də suya qərq etdik. Allah on­­lara zülm etmirdi, onlar ancaq özləri öz­lərinə zülm edir­dilər.

29:41

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿41﴾

Allahdan başqasını öz­lə­rinə dost tutanların aqibəti özü­nə yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Kaş ki, biləy­di­lər!

29:42

إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿42﴾

Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yal­vardıq­larını bilir. O, Qüdrətlidir, Hikmət sahibidir.

29:43

وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ ﴿43﴾

Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə an­caq hə­qi­qəti dərk edən adamlar anlayarlar.

29:44

خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ﴿44﴾

Allah göyləri və yeri ger­çək olaraq yaratmışdır. Həqi­qə­tən, bun­da mö­min­lər üçün bir ibrət var.

29:45

ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ ﴿45﴾

Kitabdan sənə vəhy olu­nanları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir. Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir. Allah nə etdik­lə­rinizi bilir.