quranm◉

Səhifə 402

Range
from 29:46 to 29:52
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

29:46

وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ﴿46﴾

İçərilərindən zülm edən­­lər istisna olmaqla Kitab əhli ilə ən gö­zəl tərzdə mübahisə edin və deyin: “Biz həm özü­müzə na­zil ola­na, həm də sizə nazil ola­na iman gətirdik. Bi­zim də ilahımız, si­zin də ilahınız təkdir. Biz yalnız Ona təslim olanlarıq.”

29:47

وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَـٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ ﴿47﴾

Beləcə, bu müqəddəs Ki­ta­bı sə­nə na­zil et­dik. Kitab ver­di­yi­miz şəxs­lər də ona iman gə­tirirlər. Onla­rın ara­sın­da Qu­ra­na iman gə­tirənlər var. Bi­zim ayə­lə­ri­mizi ancaq kafirlər inkar edirlər.

29:48

وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ ﴿48﴾

Sən bundan əvvəl nə bir Kitab oxu­ya bilir, nə də onu əlin­lə yaza bi­lirdin. Belə ol­say­dı, batilə uyanlar şübhəyə dü­şər­di­lər.

29:49

بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّـٰلِمُونَ ﴿49﴾

Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bi­zim ayələrimizi ancaq za­lımlar inkar edir­lər.

29:50

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ﴿50﴾

Onlar dedilər: “Bəs nə üçün Rəb­bindən ona möcüzə nazil ol­ma­dı?” De: “Möcü­zə­lər yalnız Allah yanın­dadır. Mən isə ancaq açıq-ay­dın xə­bər­darlıq edə­nəm”.

29:51

أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ ﴿51﴾

Onlara oxunan Kitabı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi? Həqiqə­tən, bunda iman gətirən adam­­lar üçün mərhə­mət və ibrət var­.

29:52

قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿52﴾

De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. O, göy­lərdə və yerdə olan­ları bilir. Batilə inanıb Alla­ha küfr edənlər – məhz onlar zi­ya­na uğrayanlardır”.