quranm◉

Səhifə 403

Range
from 29:53 to 29:63
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

29:53

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿53﴾

Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Əgər artıq mü­əy­yən etdi­yimiz bir vaxt ol­masaydı, əzab onlara gələrdi. O əzab on­lara qəflətən, özləri də hiss etmədən gələcək.

29:54

يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ ﴿54﴾

Onlar səndən əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri bürü­yə­cək.

29:55

يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿55﴾

O gün əzab onları başla­rının üs­tündən və ayaqlarının al­tın­dan əhatə edəcək. Allah deyəcək: “Etdiyiniz əməllə­rin cə­za­sı­nı dadın!”

29:56

يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّـٰيَ فَٱعۡبُدُونِ ﴿56﴾

Ey mömin qullarım! Şüb­həsiz ki, Mənim bu yerim ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin.

29:57

كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ ﴿57﴾

Hər kəs ölümü dada­caq. Son­ra da Bizə qaytarıla­caq­sınız.

29:58

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ﴿58﴾

İman gətirib saleh əməllər edən­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar əbədi olaraq ora­­da qalacaqlar. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəl­dir!

29:59

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ﴿59﴾

O kəslər ki, səbirli ol­muş və yal­nız öz Rəbbinə tə­vəkkül et­miş­lər.

29:60

وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿60﴾

Neçə-neçə canlı var­ ki, ru­zi­sini öz yanında daşıya bil­mir. Onların da, sizin də ru­zinizi Allah verir. O, Eşi­dən­dir, Bi­lən­dir.

29:61

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ﴿61﴾

Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndərilirlər!

29:62

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿62﴾

Allah Öz qullarından is­tə­diyinin ruzisini bol edər, is­tə­di­yi­nin­kini də azal­dar. Şübhə­siz ki, Allah hər şeyi bilir.

29:63

وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ﴿63﴾

Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd, Alla­ha məxsusdur!” Lakin on­ların çoxu bunu başa düşmür.