quranm◉

Səhifə 405

Range
from 30:6 to 30:15
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

30:6

وَعۡدَ ٱللَّهِۖ لَا يُخۡلِفُ ٱللَّهُ وَعۡدَهُۥ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿6﴾

Budur Allahın vədi. Allah Öz və­di­nə xilaf çıxmaz. Amma in­san­ların ək­səriyyəti bunu bil­mir.

30:7

يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ ﴿7﴾

Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər.

30:8

أَوَلَمۡ يَتَفَكَّرُواْ فِيٓ أَنفُسِهِمۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ بِلِقَآيِٕ رَبِّهِمۡ لَكَٰفِرُونَ ﴿8﴾

Məgər onlar özlüyündə fi­kirləş­mirlər ki, Allah göyləri, yeri və onların arasındakıları an­caq bir gerçəklik kimi və mü­əy­yən müd­dətə qədər yarat­mış­dır? Lakin, insanların çoxu Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir.

30:9

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿9﴾

Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər.

30:10

ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَـٰٓـُٔواْ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُواْ بِهَا يَسۡتَهۡزِءُونَ ﴿10﴾

Sonra isə Allahın ayələ­rini yalan sayıb onlara lağlağı et­mək­lə pislik gös­tərənlərin nə­sibi lap yaman oldu.

30:11

ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ﴿11﴾

Allah məxluqatı əvvəlcə heçdən ya­radır, öldürdükdən son­ra onu yenidən dirildir. Bun­dan sonra isə siz Ona qay­ta­rı­la­caq­sınız.

30:12

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُبۡلِسُ ٱلۡمُجۡرِمُونَ ﴿12﴾

O Saatın (Qiyamətin) gələcəyi gün günah­kar­lar ümidlərini itirə­cəklər.

30:13

وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَـٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ ﴿13﴾

Allaha qoşduqları şərik­lə­rindən on­lar üçün şəfaətçilər ol­ma­ya­­caq. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər.

30:14

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَتَفَرَّقُونَ ﴿14﴾

Məhz o Saatın (Qiyamətin) gələcəyi gün mö­minlərlə kafirlər ayrıla­caqlar.

30:15

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَهُمۡ فِي رَوۡضَةٖ يُحۡبَرُونَ ﴿15﴾

İman gətirib yaxşı işlər görən­lə­rə gəlincə isə, onlar Cən­nət bağ­ça­la­rın­da şadlıq içində olacaqlar.